Mobil versiya
Təhlükəli manevrlər edən motosiklet sürücüləri HƏBS OLUNDU
Tarix: 20-08-2024 | Saat: 20:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Təhlükəli manevrlər edən motosiklet sürücüləri

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olunub.

Bu barədə aia.az-a DİN Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb: "Görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri - R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024