Novruzəli Aslanov: “Azərbaycan-Rusiya əlaqələri möhkəm əsaslar üzərində inkişaf edir”
Tarix: 20-08-2024 | Saat: 19:42
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“Bugünkü gündə istər dünyada, istərsə də Azərbaycanın mövcud olduğu regionda kifayət qədər mürəkkəb bir vəziyyətin formalaşdığı, dünyanın ən böyük güc mərkəzlərinin maraqlarının bir-birilə ziddiyətə girdiyi bir dövrdə Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə müstəqil xarici siyasət yürüdür və bu siyasətin əsasında ölkənin milli maraqları durur. Əlbəttə ki, bu siyasətin prioritet istiqamətlərindən biri də dost qonşu ölkələrlə, o cümlədən Rusiya ilə münasibətlərin inkişaf etdirilməsidir. Bu baxımdan 2022-ci ildə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin imzalanması da ilk növbədə dövlət başçımızın həyata keçirdiyi uzaqgörən və çox incə siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Qeyd edək ki, Azərbaycanla Rusiya arasında münasibətlərin kifayət qədər qədim tarixi kökləri mövcuddur və bu münasibətlərdə Azərbaycan şimal qonşusuna qarşı loyallığını hər zaman nümayiş etdirib. Bu gün də Azərbaycan rus xalqına, ölkəmizdə yaşayan rus millətinin on minlərlə nümayəndəsinə qarşı dostluq münasibətlərini qoruyub saxlayır. Bu insanlar Azərbaycanda tam təhlükəsiz şəraitdə, bütün hüquq və imtiyazlradan digər millətlərin nümayəndələri ilə eyni dərəcədə yararlanaraq, azad yaşayırlar. Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də Azərbaycana etdiyi dövlət səfəri də ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vl çağırış Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmləndirilməsinin vacibliyi fikri hər iki ölkənin dövlət başçılarının avqustun 19-da Bakıda mətbuata bəyanatla etdikləri çıxışlarında da öz əksini aşkar şəkildə tapıb: “Rusiya Prezidenti öz bəyanatında birmənalı olaraq vurğuladı ki, Cənubi Qafqazda sabitlik bütün dövlətlərin və region xalqlarının köklü maraqlarına tam cavab verir. Bu isə o deməkdir ki, bu sabitliyin qorunması üçün Rusiya-Azərbaycan münasibətləri daha da möhkəmləndirilməlidir. Rusiyanın dövlət başçısı Azərbaycana səfərinin yekunlarından məmnunluğunu ifadə edərək, aparılan danışıqların və əldə olunan razılaşmaların Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirdi. Bu fikirlər öz təsdiqini cənab Prezident İlham Əliyevin çıxışında da tapmışdır. İlk növbədə dövlətimizin başçısı bildirmişdir ki, Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlər üçün müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda da cənab Prezident Azərbaycan və Rusiyanın müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərdiyini vurğulamış və bildirmişdir ki, bu münasibətlər ümumilikdə Cənubi Qafqazda sabitliyin qorunub-saxlanması üçün ən mühüm amillərdən biri kimi çıxış edir” – deyə, Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024