Mobil versiya
Səhraya çevrildilər, göllər üçün sonun başlanğıcı!
Tarix: 20-08-2024 | Saat: 18:32
Bölmə:Özəl | çapa göndər

Səhraya çevrildilər, göllər üçün sonun başlanğıcı!

Bir zamanlar Türkiyənin ən mühüm su ehtiyatı sayılan göllər iqlim dəyişikliyinin yaratdığı temperaturlar səbəbindən ölür. Göllər Bölgəsində və İç Anadoluda ehtiyatlar yox olmaq üzrə olarkən, Eğirdir gölünün bataqlığa çevrilməsi riski var.Son 53 ilin ən isti dövrünün yaşandığı Türkiyədə göllər sözün əsl mənasında ölür. Göllər qlobal iqlim dəyişikliyi səbəbindən temperatur artımından ən çox təsirlənsə də, Aralıq dənizi Bölgəsindəki "Göllər Bölgəsi" sözün əsl mənasında həyəcan vericidir. Burdur gölünün əsas hövzəsinin sahəsi və onun alt hövzələrindəki 5 gölün sahəsi son 36 ildə cəmi yüzdə 51,1 azaldığı halda; Eğirdir gölündən əks olunan son görüntülər vəziyyətin ağırlığına işıq salır. Gölün ən dar hissəsi olan Kəmər dərəsində suyun eni 1,8 kilometrdən 1,2 kilometrə qədər azaldığı halda, dərinliyi bəzi nöqtələrdə 50-60 santimetrə qədər azalıb.

Digər tərəfdən, son dövrlərdə Burdur gölündə yüzdə 40,1, Acıgöldə yüzdə 80,6, Karataş gölündə yüzdə 64,8, Yarışlı gölündə yüzdə 49,7 və Salda gölündə yüzdə 5 azalma müşahidə edilərkən, Akgöl tamamilə quruyub. Göllər Bölgəsi ilə yanaşı Mogan gölü, Manyas gölü, Tuz gölü və Sapanca gölündə də suyun miqdarı gündən-günə azalır. Türkiyənin ən böyük gölü olan Van gölündə çirklənmə problemi var. Yer kürəsinin ən böyük soda gölü sayılan və yerli əhalinin “Van dənizi” kimi təyin etdiyi su mənbəyi pH və duzluluq baxımından gündən-günə daha çox çirklənir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025