Mobil versiya
“YAP-a etimad göstərmək yüksəlişi, inkişafı və tərəqqini seçməkdir” -Fotolar
Tarix: 20-08-2024 | Saat: 16:49
Bölmə:Aia TV / Parlament | çapa göndər

“YAP-a etimad göstərmək yüksəlişi, inkişafı və tərəqqini seçməkdir”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun rayonun Hişkədərə, Mişkəmi, Miyankü, Kubin və Nəzəroba kəndlərinin seçiciləri ilə görüşü keçirib.

aia.az yap.org-istinadən xəbər verir ki, görüşlərdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçərək ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoyub.

Deputatlığa namizəd Məşhur Məmmədov ərazi bütövlüyü və suverenliyini tam təmin edən Azərbaycanın qalib dövlət olaraq tarixinin ən qürurlu və qüdrətli dövrünü yaşadığını bildirib. O, əldə olunan nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb, budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu deyib.

M.Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən seçicilər - şəhid anası Mehrac Həsənova və digərləri 1 sentyabr – növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Bildirilib ki, YAP-a etimad göstərmək yüksəlişi, inkişafı və tərəqqini seçməkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2024