Mobil versiya
Oğuzda tibb işçiləri YAP namizədini dəstəkləyirlər -Fotolar
Tarix: 20-08-2024 | Saat: 14:23
Bölmə:Aia TV / Seçki 2024 | çapa göndər

Oğuzda tibb işçiləri YAP namizədini dəstəkləyirlər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Oğuz rayon Səhiyyə sektorunda işləyən seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın ötən altı çağırış Milli Məclisə seçkilərdə qalib olduğu kimi, bu dəfə də seçkilərə yüksək səviyyədə hazırlaşıldığını, qələbə əzminin olduğunu qeyd etdi. O, deputatlığa namizəd Eyvaz Qurbanovun keçdiyi həyat yolu və ərazidə Dövlət tərəfindən 2003-2024-cü illərdə həyata keçirilmiş sosial layihələr haqqında seçicilərə məlumat verdi.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır.
Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə seçicilərin və Yeni Azərbaycan Partiyasının ona göstərdiyi inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri İradə Məmmədova, Lalə Salamova, səhiyyə sektorunda çalışan Kərimova Sədayə, Tahirova Şəlalə, Vidadiyeva Təhsin və digərləri çıxış ediblər.
Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Çıxışçılar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə öz səsini verəcəklərini bildirdi.
Qeyd edək ki, 20.08.2024-cü il tarixdə deputatlığa namizəd təşviqatda iştirak edən nümayəndələrlə birgə rayonun Tərkəş kəndində şəhid ataları və kənd ağsaqqalları ilə çay süfrəsi ətrafında söhbət aparıbdır. Şəhid atası Arif Məmmədov ailə üzvləri ilə birgə 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə öz səslərini verəcəklərini bildirdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024