Mobil versiya
Bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır
Tarix: 20-08-2024 | Saat: 12:01
Bölmə:Özəl | çapa göndər

Bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır
 
Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Dövlət başçısı ölkəmizin idman sahəsindəki uğurlarından, bu sahəyə göstərilən yüksək diqqət, qayğıdan və bunun nəticəsindən danışıb. Ölkə rəhbəri qeyd edib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır: “Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. 
Azərbaycanın Olimpiya Oyunlarında iştirakına və idmançılarımızın nəticələrinə diqqət yetirdikdə bu göstəricilərin ildə-ilə artdığını görürük. Bu, ölkəmizdə idmanın bütün növlərinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Ulu Öndər Heydər Əliyev “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və  hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində  tanınır. Demək olar ki,  idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir  vasitə yoxdur” fikirləri ilə bu sahənin inkişafına  verilən önəmi şərtləndirən əsas amilləri  diqqətə çatdırmışdı.Qeyd edilib ki, bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz növbəsində  çox gözəl və tarixi nəticədir.
Dövlətimizin Başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın   zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş  etdiyini dedi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, idmançılarımız təkcə məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçilmişlər, bununla da, yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdilər.

Rustam Hüseynov,
Gədəbəy “32 Nömrəli Yol İstismarı” MMC – Ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025