Mobil versiya
Soltan Məmmədovun Mərdəkan, Şağan və Buzovna seçiciləri ilə görüşləri davam edir -Fotolar
Tarix: 20-08-2024 | Saat: 11:41
Bölmə:Aia TV / Seçki 2024 | çapa göndər

Soltan Məmmədovun Mərdəkan, Şağan və Buzovna seçiciləri ilə görüşləri davam edir

12 saylı Xəzər birinci seçki dairəsindən deputatlığa namizəd Soltan Məmmədovun Mərdəkan, Buzovna və Şağan qəsəbələrində seçicilərlə görüşləri davam edir.

Yerli ictimaiyyət nümayəndələri, ziyalılar və ağsaqqalların iştirakı ilə keçirilən tədbirlərdə seçki platformasını təqdim edən S.Məmmədov sakinləri maraqlandıran sualları cavablandırır, qəsəbələrdə həlli vacib məsələlərə dair plan və fikirlərini bölüşür.

S.Məmmədov VI çağırış Milli Məclisdə 14 saylı Xəzər seçki dairəsini təmsil etməsinə baxmayaraq, Mərdəkan, Buzovna və Şağan qəsəbələrində həyata keçirilən bir sıra layihələrin iştirakçısı olub, habelə bu yaşayış məntəqələrindən hər hansı çətinliklərlə bağlı müraciət edən sakinlərin problemlərinin həlli istiqamətində də fəaliyyət göstərib. Bu baxımdan, hazırki kampaniya ərzində seçicilərlə açıq diskusiya formatında keçirilən fikir mübadiləsi həm ünsiyyət baxımından effektlidir, həm də ötən 5 ilə yaxın müddətdə əldə edilmiş təcürbə sakinlərdə marağa səbəb olur.

Seçicilərlə kütləvi görüşlərdən əlavə, S.Məmmədov şəhid və qazi ailələri, yerli tanınmış şəxslərin evlərində olur. Artıq Mərdəkan ağsaqqalları ilə çay süfrəsi arxasında tanışlıq və qəsəbənin aktual problemlərinə dair disskusiya xarakterli görüş keçrilib. Daha bir görüş isə Şağan qəsəbəsində fəaliyyət göstərən 124 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu, ali məktəbə daxil olmaq üçün dövlət imtahanında 645 bal toplamış Fatimə Rza və ailəsi ilə baş tutub. Deputatlığa namizəd Buzovna qəsəbəsində güləşçi xanım, sərbəst güləş üzrə idman ustası, dəfələrlə beynəlxalq yarışların qalibi olmuş Səbirə Əliyevanın da qonağı olub.

Qarşıdakı günlərdə S.Məmmədov və onun seçki komandasının Buzovna və Şağan ağsaqqalları, habelə gəncləri ilə ayrıca görüşləri planlaşdırılır. Bundan əlavə, o, yerli mədəniyyət və incəsənət xadimləri ilə də bir araya gələcək. Qəsəbələrdə fəaliyyət göstərən mədəniyyət, tarix və turizm əhəmiyyətli obyektlər namizədin diqqət mərkəzindədir. Artıq belə ünvanlardan biri - Sevda Abdullayeva adına "Xəzər" Muzey Mərkəzi yad edilib, muzeyin yaradıcıları ilə məhsuldar fikir mübadiləsi aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024