İdman- gənc nəslin sağlam yetişməsində vacib rol oynayır
Tarix: 20-08-2024 | Saat: 09:14
Bölmə:Özəl | çapa göndər
Hər bir ölkə, xalq üçün sağlamlıq ən ümdə vəzifədir. Ümummilli liderin təbirincə desək, sağlam düşüncə tərzi həm də tarixi-mədəni irsin əsas daşıyıcı qüvvəsidir. Bu baxımdan idman ictimai-siyasi hadisə kimi xüsusilə gənclərin həyatında müstəsna rol oynayır.
Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət göstərilməsi sayəsində əldə edilən uğurlar Azərbaycanın dünyanın ən qabaqcıl idman ölkələrindən birinə çevrilməsinə gətirib çıxarıb.
Gənc nəslin sağlam yetişməsi üçün hər il ölkəmizin müxtəlif regionlarında yeni idman-sağlamlıq müəssisələri, olimpiya idman kompleksləri tikilib istifadəyə verilir, idman infrastrukturunun yenilənməsi istiqamətində də tədbirlər görülür. Məhz Azərbaycanın gələcəyi olan uşaq və gənclər üçün yaradılan şəraitin nəticəsidir ki, son illərdə ölkəmizdə idmanın bütün növlərinə maraq getdikcə artır.
Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.
Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025