YAP alternativsiz siyasi qüvvədir -Fotolar
Tarix: 19-08-2024 | Saat: 19:52
Bölmə:Aia TV / Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin Balakən rayonu Tülü kəndinin seçiciləri ilə görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP-ın Balakən rayon təşkilatının sədri Azad Balayev ölkəmizin həyatında baş verən ictimai-siyasi proseslərdən, partiyanın qazandığı uğurlardan və gündən-günə artan nüfuzundan bəhs edib. O, bildirib ki, partiyamızın fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır: “Partiyamız öz prinsiplərində Heydər Əliyev ideyalarına əsaslanır. Məhz bu amil uğurlarımızı təmin edən başlıca şərtdir. Bu gün ölkədə YAP ilə rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur”.
Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev bildirib ki, cənab İlham Əliyev öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirib: “Dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir”.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Xəlifə Mirəliyev, Akif Mirzəyev, kənd sakinləri Əhməd Hacıyev, Nəsib Cumayev və başqaları çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Onlar YAP-ın bu gün cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.
Sonda çıxış edən seçicilər fikir və təkliflərini səsləndiriblər, 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024