Mobil versiya
Modinin Kiyevə səfəri zamanı müzakirə mövzusu məlum olub
Tarix: 19-08-2024 | Saat: 18:45
Bölmə:Özəl | çapa göndər

Modinin Kiyevə səfəri zamanı müzakirə mövzusu məlum olub

Hindistan Xarici İşlər Nazirliyinin rəis müavini Tanmaya Lal Hindistanın baş naziri Narendra Modinin Ukraynaya səfəri zamanı danışıqların əsas müzakirə mövzusunu adlandırıb. Bu barədə TASS məlumat yayıb.

Lalın sözlərinə görə, Modanın səfəri Ukrayna və Rusiya arasında silahlı münaqişə fonunda baş tutacaq və bu, onların müzakirəsinin əsas mövzularından birinə çevriləcək. Eyni zamanda o, Hindistanın bu münaqişəyə son qoymaq məsələsində diplomatik mövqedən çıxış etdiyini də əlavə edib.

“Bu əhəmiyyətli səfər, əlbəttə ki, Ukraynada davam edən münaqişə fonunda baş verir və bu da müzakirələrin bir hissəsi olacaq. <...> Dialoq mütləq lazımdır.
Davamlı sülhə yalnız hər iki tərəf üçün məqbul olan variantlarla nail olmaq olar və bu, yalnız danışıqlar yolu ilə həll edilə bilər”.
Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyi baş nazir Modinin Ukraynaya səfərini təsdiqləyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025