"Oğlum dedi ki, 2500 manat borcum var" - Faizə görə qətl törədən hərbçinin məhkəməsi
Tarix: 19-08-2024 | Saat: 17:24
Bölmə:Gündəm | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Elvin Səyavuş oğlu Əsədovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, məhkəmədə ilk olaraq təqsirləndirilən şəxsin atası Səyavuş Əsədov şahid qismində ifadə verərək qeyd edib ki, Elvin faizi Zamiqdən ötən ilin avqust ayında götürüb: "O biri övladım tələbə idi, ildə ona görə 2200 manat təhsil haqqı verirdim. Yoldaşım xərçəng xəstəsidi idi, artıq rəhmətə gedib. Elvinin Zamiqdən 2500 manat faizə pul götürməyini dekabr ayının 25-də bildim. Mən banklardan pul götürmək üçün müraciətlər etmişdim. Dedim narahat olma qəpiyinə kimi ödəyirik. Oğlum qırağa çəkilb telefonla danışırdı, hiss edirdim ki, problemi pulla bağlıdır. Ancaq pul hadisə baş verən günün səhəri hazır oldu. Oğlum yanvar ayında məzuniyyətə çıxıb 13-14-cü maaşını almalı idi, o vaxta planlaşdırırdı borcunu qaytarmağı. Mənim oğlumun 2 nəfərə borcu var idi. Elvin hərbçi olub, onun üstündə bıçaq olmayıb".
Məhkəmə zalında iştirak edən zərərçəkmişin hüquqi varisi Suğra Cabbarova Elvinin hadisə baş verən vaxt başqa bir şəxsədə 5 min manat borcu olduğunu qeyd etdi. Həmçinin xahiş etdi ki, Zamiqin kartından Elvinin kartına hansı tarixdə pul köçürülməsi ilə bağlı bankdan məlumatlar alınsın.
Növbəti məhkəmə prosesi sentyabr ayının 2-nə təyin edildi.
Xatırladaq ki, hadisə otən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Baş vermiş qətl hadisəsi ilə bağlı Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin tamah məqsədilə qəsdən adam öldürmə maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024