Mobil versiya
YAP xalqın böyük etimadı ilə qələbə qazanacaq -Fotolar
Tarix: 19-08-2024 | Saat: 16:55
Bölmə:Manşet / Siyasət / Aia TV / Parlament | çapa göndər

YAP xalqın böyük etimadı ilə qələbə qazanacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılovun Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində məskunlaşmış Qubadlı seçicilərilə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə qatıldığını diqqətə çatdıraraq partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını qeyd edib. O, seçicilərə 1 sentybar seçkilərində aktiv iştirak etmələrini tövsiyyə edərək ən layiqli namizədə - Yeni Azərbaycan Partiyasnın namizədinə səs verməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd İmamverdi İsmayılov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib: “Azərbaycanda sosial–iqtisadi islahatların ardıcıl olaraq həyata keçirilməsi dünyanın əksər nüfuzlu iqtisadi-maliyyə mərkəzlərinin hesabatlarında da öz əksini tapır. Əldə edilmiş naliyyətlərlə yanaşı qarşıda mühüm vəzifələr durur. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır”. Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə fərqlənir.

İmamverdi İsmayılov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbir iştirakçılarından Aynurə Şahmuradova, Rəhminə Mehtiyeva, Sevinc Məmmədova, Telman Cəfərov, Nəsib Həbibov, Fidan Hüseynli, Tural Əbdüləzimli və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədi İmamverdi İsmayılova səs verməyə çağırıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024