Mobil versiya
Yeni zəfərlərə doğru! -Fotolar
Tarix: 19-08-2024 | Saat: 16:11
Bölmə:Aia TV / Parlament | çapa göndər

Yeni zəfərlərə doğru!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Samir Vəliyevin YAP Nərimanov rayon təşkilatında seçicilərlə növbəti keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov YAP-ın növbəti parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə getdiyini qeyd edərək bildirib ki, partiya yarandığı gündən bugünədək ətrafında Vətənini sevən insanları toplayıb: “Bunun nəticəsidir ki, qatıldığı hər bir seçkidən qalib çıxan partiyamız tək ölkənin deyil, həm də regionun ən güclü və lider partiyasıdır”.

Sonra seçiciləri qarşısında çıxış edən deputatlığa namizəd Samir Vəliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmiz bütün sahələr üzrə inkişafa nail olub: “Məhz cənab İlham Əliyevin sədri olduğu YAP hakim partiya statusu aldığı dövrdən indiyədək ölkəmizin istər iqtisadi, istərsə də siyasi sahədə əldə etdiyi nailiyyətlərin yekunu kimi ordu quruculuğunun ən yüksək səviyyəyə çatmasını xüsusi qeyd etməliyik. Güclü ordumuz sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək beynəlxalq hüququ bərpa etdi. Ötən ilin sentyabr ayında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin olundu. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan bugün artıq regionda yeni reallıqlar yaradıb”.

S.Vəliyev bildirib ki, ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni dönəmə qədəm qoyub: “Bu dönəmdə dövlətimizi və xalqımızı gözləyən böyük uyğurlarla bərabər, işğaldan azad olunan torpaqlarda yeni həyatın, böyük qayıdışın davamı və əsas məqsədə çatmaq dayanır”. Gələcəkdə bizi gözləyən böyük zəfərlərə isə məhz Prezidentimizin rəhbərlik etdiyi YAP-ın liderliyi ilə çatmağın mümkün olacağını diqqətə çatdıran namizəd S.Vəliyev seçiciləri məhz partiyanın namizədlərini dəstəkləməyə çağırıb.

Təşviqat qrupunun üzvü Ağaəli Hüseynov və rayon ziyalıları Yusif Həsənov, Əbülfət Pənahov hər bir Azərbaycan seçicisini qarşıdan gələn parlament seçkilərində fəal olmağa, “Yeni dövrə yeni Azərbaycanla” şüarı altında YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, deputatlığa namizəd S.Vəliyev 20 saylı seçki dairəsinin ən yaşlı seçicisi 100 yaşlı Fatma Əli qızı İsmayılovanı yaşadığı evində ziyarət edib.

Deputatlığa namizəd rayonun Y. V. Çəmənzəminli küçəsi 46, X. Şuşinski küçəsi 64, M. Sənani küçəsi 33 ünvanlarında məhəlli görüşlər də keçirib. Məhəllə görüşlərində seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024