Almaniya Xarici İşlər Nazirliyi: Berlin “Şimal axını” partlayışları ilə bağlı Moskva ilə məlumat mübadiləsi aparır
Tarix: 19-08-2024 | Saat: 16:03
Bölmə:Özəl | çapa göndər
Almaniya Xarici İşlər Nazirliyi iddia edir ki, Berlin guya Moskva ilə “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərinin partladılması ilə bağlı məlumat mübadiləsi aparır, ancaq araşdırmanın gedişatına xələl gətirməyən məlumatlardır. Bu barədə jurnalistlərə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.“Biz Rusiya tərəfi ilə [məlumat] mübadiləsi aparırıq”, - o, istintaq hərəkətlərinin davam etdiyini və buna görə də Almaniya rəsmilərinin fikrincə, aralıq nəticələr barədə məlumat verilə bilməyəcəyini qeyd etdi.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, söhbət “istintaqı təhlükəyə atmadan” mübadilə edilə bilən məlumatlardan gedir.“Süddeutsche Zeitung” qəzeti avqustun 14-də yazıb ki, Almaniya Baş Prokurorluğu “Şimal axını”nda partlayışda əli olmaqda şübhəli bilinən ukraynalı dalğıc təlimatçısının həbsinə order verib. Məlumata görə, şübhəli indi qaçıb. Almaniya prokurorluğu, nəşrin qeyd etdiyi kimi, daha iki ukraynalı dalğıc təlimatçısını “Şimal axını”nda təxribatda iştirakda şübhəli bilir. Öz növbəsində Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Büxner bildirib ki, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışların araşdırılması Almaniya hökuməti üçün ən yüksək prioritetdir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025