Mobil versiya
YAP ölkəmizin inkişafında müstəsna rol oynayır.. -Fotolar
Tarix: 19-08-2024 | Saat: 15:45
Bölmə:Aia TV / Parlament | çapa göndər

YAP ölkəmizin inkişafında müstəsna rol oynayır..

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Oğuz rayon Sincan, Tərkəş, Mollalı və Dəymədağlı kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirildi ki, yarandığı tarixdən Yeni Azərbaycan Partiyası ali hədəflərə çatmaq uğrunda mübarizə aparır. Bu isə Yeni Azərbaycan Partiyasını bütün sahələr üzrə yeni-yeni qələbələrə doğru aparır. Böyük əminliklə deyə bilərik ki, xalqın partiyası olan YAP 01 sentyabr Milli Məclis seçkilərində də ənənəsinə sadiq qalacaq və bu seçkiləri möhtəşəm qələbə ilə başa vuracaq. Deputatlığa namizəd Eyvaz Qurbanovun keçdiyi həyat yolu haqqında seçicilərə məlumat verdi. Seçiciləri sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərində aktiv iştirak etməyə çağırıdı.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Ölkəmizdə Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətdən geniş bəhs edib. Natiq bildirdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. Vurğulanıb ki, Milli Məclisə keçirilən növbədənkənar seçki 07 fevral 2024-cü ildə keçirilmiş “Zəfər”seçkisinin məntiqi davamıdır.
Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə seçicilərin və Yeni Azərbaycan Partiyasının ona göstərdiyi inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Nizami Əhmədov, İlkin Lətifov, şəhid atası Arif Məmmədov, kənd ağsaqqaları Xanlar Ağayev, Əvəz Zakirov, kənd sakinləri Şiralı Abdullayev və digərləri çıxış ediblər.
Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Çıxışçılar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə öz səsini verəcəklərini bildirdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024