Mobil versiya
Göydəniz Qəhrəmanovun seçicilərlə görüşü davam edir -Fotolar
Tarix: 19-08-2024 | Saat: 13:31
Bölmə:Seçki 2024 / Aia TV | çapa göndər

Göydəniz Qəhrəmanovun seçicilərlə görüşü davam edir

Yasamal rayonu 17- saylı 3-cü seçki dairəsindən olan sakinlərlə seçkiqabağı təbliğat-təşviqat kampaniyasını davam etdirərək növbəti görüşümü keçirdim.

İlk olaraq əvvəlki görüşlərimizdə olduğu kimi 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik.

Görüş zamanı seçicilərimə müxtəlif dövrlərdə çalışdığım sahələr üzrə fəaliyyətim və əldə etdiyim uğurlardan danışdım, seçki platformamda yer alan istiqamətlər və məqsədlərim haqqında geniş məlumat verdim. Eyni zamanda seçicilərimi narahat edən aktual məsələləri müzakirə etdik, fikirlərini dinlədim və suallarını cavablandırdım.

Görüşdə iştirak edən Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü Vaqif Nəsirov və İqtisad Universitetinin dossenti, həmçinin şəhid ailəsi üzvü Kifayət Xudaverdiyeva öz müraciətində sakinləri qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyə, səslərini layiqli namizədə verməyə çağırdılar.

17 saylı üçüncü seçki dairəsindən Millət vəkilliyinə namizəd
Göydəniz Qəhrəmanov

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024