İdmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var
Tarix: 19-08-2024 | Saat: 12:57
Bölmə:Özəl | çapa göndər
Azərbaycan idmançıları Paris Yay Olimpiya Oyunlarında növbəti dəfə ölkəmizi layiqincə təmsil etdilər. Əldə edilən nəticələr ölkənin ali rəhbərliyi, cəmiyyətimiz tərəfindən də yüksək qiymətləndirilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan budəfəki olimpiya oyunlarında iştirak edən ölkələr arasında 30-cu yeri tutub. Bu, müstəqil Azərbaycanın Olimpiya Oyunlarında əldə etdiyi ən yaxşı göstərici hesab edilir.
Mötəbər beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, eləcə də, ölkəmizin beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, əldə edilən uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malık olkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.Prezident İlham Əliyev deyib ki, biz bu mötəbər yarışda daha çox medal qazana bilərdik: “Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. İdmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir”.Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır. Dörd ildən bir keçirilən bu yarışa hər bir idmançı, hər bir ölkə xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq. 2 qızıl, 2 gümüş və 3 bürünc medalımız var.Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi.Gənc nəslə idmanla məşğul olmaq istəyən gənclərə motivasiya oldu. Qalib idmançılarımız uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar. Nəticədə bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər.
İdmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq. Hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq.
Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025