Növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq
Tarix: 19-08-2024 | Saat: 11:54
Bölmə:Özəl | çapa göndər
Hazırda Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycanın bu gün dünyanın aparıcı idman ölkələrindən biri olması beynəlxalq ictimaiyyət tərəfindən də təsdiqlənir. İdmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri nəticələr, Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır.
Mötəbər beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, eləcə də, ölkəmizin beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, əldə edilən uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malık olkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Cənab İlham Əliyevin 1997-ci il iyul ayının 31-də Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycanın idman tarixinə mühüm və əlamətdar hadisə kimi yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin müstəqil respublikamızda idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallaşmasına böyük imkanlar açdı. Bu dövrdən sonra ölkəmizdə idmanın və Olimpiya Hərəkatının yeni inkişaf mərhələsi başlandı, idmançıların sosial problemləri ilə bağlı bir sıra məsələlər öz həllini tapdı, federasiyaların işində dönüş yarandı. Milli Olimpiya Komitəsinin tabeliyində olan idman bazalarının əsaslı təmiri həyata keçirildi.Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmiş, ayrı-ayrı növlər üzrə güclü idmançılar yetişmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra idmanın inkişafına xüsusi önəm verilməsinə başlanılmış və idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında iştirakı təmin olunmuşdur. Həmin vaxtdan başlayaraq, xeyli sayda idman komplekslərinin, meydançaların, idman-sağlamlıq mərkəzlərinin tikilməsi, bəzilərinin yüksək keyfiyyətlə təmir olunması diqqət mərkəzində saxlanılmışdır. İdmana və idmançılara göstərilən dövlət qayğısı Azərbaycanın bu sahədə şöhrətini getdikcə artırmışdır.Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub. “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.Ölkəmiz ilk dəfə 1996-cı ildə Yay Olimpiya Oyunlarında iştirak etmişdir. O vaxt cəmi 1, 2000-ci ildə 3, 2004-cü ildə 5, 2008-ci ildə 7 və 2012-ci ildə 10 medal qazanıldı. Azərbaycan 2016-cı il Rio Yay Olimpiya Oyunlarında 18 medala sahib oldu. Medallardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc olub. Ən çox qızıl medal qazandığımız yarış (hər birində 2 qızıl) 2000-ci il Sidney və 2012-ci il London Olimpiya Oyunları olub. Ümumiyyətlə, indiyədək komandamız bu yarışlarda 7 idman növü üzrə 42 medal qazanıb. Bunlardan 7-si qızıl, 11-i gümüş, 24-ü isə bürünc medaldır.
Bu gün idman sahəsində əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. İdmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya oyunlarında ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağı, vətənə və Azərbaycan bayrağına olan məhəbbətinin artmasına, eləcə də yeni dövrün çağırışlarına cavab verən idman növlərinin inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır. Dövlətin nüfuzunu və onun beynəlxalq münasibətlər sistemindəki yerini bir sıra amillər müəyyən edir. Bu amillər sırasında beynəlxalq idman tədbirləri də xüsusi yer tutur və dövlətlər arasında əlaqələrin qurulmasına, mədəni, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə öz töhfəsini verir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025