Mobil versiya
Deputatlığa namizəd Eldar Quliyevin seçicilərlə görüşləri davam edir -Fotolar
Tarix: 19-08-2024 | Saat: 10:00
Bölmə:Manşet / Siyasət / Özəl / Seçki 2024 / Aia TV | çapa göndər

Deputatlığa namizəd Eldar Quliyevin seçicilərlə görüşləri davam edir

Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 28 saylı Sabunçu üçüncü seçki dairəsi tərəfindən qeydə alınmış iqtisad elmləri doktoru, professor Eldar Quliyev təbliğat kampaniyası çərçivəsində Bilgəhdə seçicilərlə görüşüb.

aia.az xəbər verir ki, görüşdə çıxış edən deputatlığa namizəd Azərbaycanın dünyada gedən qlobal proseslərdə artan rolundan, ölkəmizin beynəlxalq arenada getdikcə möhkəmlənən mövqelərindən danışıb.

Daha sonra professor Eldar Quliyev bildirib ki, ona yenidən etimad göstəriləcəyi təqdirdə əvvəlki çağırışlarda olduğu kimi bundan sonra da Bilgəh sakinlərinin sosial-rifah halının daha da yaxşılaşdırılması, onların qarşılaşdıqları problemlərin həlli üçün əlindən gələni edəcək. Səmimi şəraitdə davam edən söhbət əsnasında Eldar Quliyev seçiciləri qayğılandıran məsələlərlə maraqlanıb. Seçicilər deputatlığa namizədi yaxşı tanıdıqlarını və ona böyük hörmət bəslədiklərini vurğulayıblar.

Keçirilən görüşdə iştirak edən qəsəbə sakinləri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024