Ata və oğul bıçaqlanıb, oğul ölüb - Prokurorluq açıqlama yaydı - YENİLƏNİB
Tarix: 17-08-2024 | Saat: 10:07
Bölmə:Gündəm / Manşet | çapa göndər

Xaçmazda qətl törədən şəxs tutulub.
Xaçmaz rayon Prokurorluğundan aia.az-a verilən xəbərə görə, avqustun 17-si gecə saat 2 radələrində Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə şübhələr müəyyən edilib"-deyə məlumatda deyilir.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
09.33
Xaçmaz rayonunun Nabran kəndində bıçaqlanma faktı baş verib.
aia.az xəbər verir ki, Xaçmaz rayonunun Köhnə Xudat kəndinin sakinləri 1988-ci il təvəllüdlü Nurlan Məmmədrəhimov və oğlu 2009-cu il təvəllüdlü Cavidan Məmmədrəhimov tanıqları şəxs tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıblar. Nəticədə, 15 yaşlı Cavidan Məmmədrəhimov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb. Nurlan Məmmədrəhimov isə, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-04-2025