Mobil versiya
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə növbəti görüşlərini keçirib -Fotolar
Tarix: 17-08-2024 | Saat: 09:08
Bölmə:Manşet / Siyasət / Özəl / Parlament | çapa göndər

Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə növbəti görüşlərini keçirib

Ölkəmizdə 1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı Seçki Dairəsindən qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) təbliğat planına uyğun olaraq İsmayıllı rayonunda seçicilərlə görüşlərini davam etdirir.

aia.az xəbər verir ki, seçki kampaniyasının səkkizinci günündə Novruz Aslan öz komandası ilə birlikdə İsmayıllının daha dörd kəndinin sakinləri ilə görüşüb. Günün birinci yarısında seçicilərlə görüş Diyallı və Talıstan kəndlərində baş tutub. Qeyd edək ki, Talıstan kəndində deputatlığa namizəd seçicilərlə görüşdən öncə Vətən müharibəsində canlarını fəda etmiş iki şəhidimizin məzarlarını ziyarət etmiş və onların ailələrinə baş çəkmişdir.

Keçirilən görüşlərdə Novruz Aslan parlamentdəki fəaliyyəti və hazırkı platforması barədə seçiciləri ətraflı məlumatlandırıb. Daha sonra səmimi şəraitdə keçən görüşlərdə kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Günün ikinci yarısında deputatlığa namizəd öz komandası ilə birlikdə İsmayıllının Gülyan və Xanagah kəndlərində sakinlərlə görüşüb. Novruz Aslan görüşə gələnlərə növbəti illər üçün fəaliyyət planlarından bəhs edib. Həmçinin deputatlığa namizəd ölkəmizdə vətəndaşların rifah yüksəlişinin təmin olunması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən, qlobal əhəmiyyətli layihələrdən danışıb. Xanagah kəndində keçirilən görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu və yazıçı-jurnalist Xeyrulla Dəniz çıxış edərək Novruz Aslanın İsmayıllı üçün gördüyü işlərdən, rayon sakinlərinin problemlərinin həlli istiqamətində atılan addımlardan danışıblar. Daha sonra kənd sakinlərini qayğılandıran məsələlər səmimi şəraitdə müzakirə olunub. Novruz Aslan səsləndirilən təklif və arzuları qeydə alıb və mövcud problemlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Qeyd edək təbliğat kampaniyasının səkkizinci günündə keçirilmiş görüşlərdə 400 nəfərə yaxın sakin iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda səkkiz gün ərzində keçirdiyi 30 görüşdə ümumilikdə 2900 nəfər seçici ilə görüşüb.

Keçirilən görüşlərdə iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024