Mobil versiya
"Sədərək" ticarət mərkəzində bir qrup şəxs girov götürülüb? - DİN-dən AÇIQLAMA
Tarix: 16-08-2024 | Saat: 19:35
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Sədərək" ticarət mərkəzində bir qrup şəxs girov götürülüb? -

Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

aia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanı deyib.

O bildirib ki, Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb:
"Müəyyən olunub ki, görüntülərdəki şəxslər mağazanın icarədarlarıdır və icarə məsələsinə görə mağazanın yeni sahibi ilə aralarında narazılıq yaranıb.
Həmin şəxslərin girov saxlanılması ilə bağlı iddialar əsassızdır".

Qeyd edək ki, sosial media platformalarında Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərindən birində bir qrup şəxsin girov götürülməsi ilə bağlı iddianı özündə əks etdirən video görüntü yayılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024