Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Azərbaycanda idmanın inkişafı daim Ölkə Prezidentinin diqqətindədir”
Tarix: 16-08-2024 | Saat: 15:06
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Azərbaycanda idmanın inkişafı daim Ölkə Prezidentinin diqqətindədir”

“Bu gün Azərbaycanda idmanın yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın ən nüfuzlu beynəlxalq yarışlarda böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin respublikada idmanın kütləviliyinin təmin olunmasını daim diqqət mərkəzində saxlaması bu sahənin sürətli inkişafını təmin edir. Ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması uşaq və gənclər arasında idmana böyük maraq oyadıb. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunmaları da idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.

Fikirlərini davam etdirən müsahibimiz qeyd edib ki, yenicə başa çatmış Paris Olimpiya Oyunlarında idmançılarımızın əldə etdikləri yüksək nəticələr bir daha ölkəmizin güclü idman dövləti olduğunu dünyaya nümayiş etdirdi: “Cənab Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı etdiyi çıxışında olimpiyaçılarımızın nəticələrini kifayət qədər yüksək qiymətləndirərək bildirdi ki, onların ölkəmizi ləyaqətlə təmsil etmələri və Azərbaycan Bayrağını ucaltmaları bütün xalqın sevincinə səbəb olub. Əlbəttə ki, Olimpiya Oyunları dörd ildən bir keçirilən və bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır. Buna görə də hər bir idmançı, hər bir ölkə bu Oyunlara son dərəcə ciddi hazırlaşır. Azərbaycanın Olimpiya Oyunlarında ardıcıl neçə illər əldə etdiyi uğurlar ölkəmizin güclü idman dövləti olduğunu bir daha təsdiq edir. Təsadüfi deyil ki, Azərbaycan bu Oyunlarda əldə etdiyi medalların sayına görə dünyanın ən güclü 30 ölkəsinin arasında yer almış, müsəlman ölkələri arasında isə üçüncü olmuşdur. Dövlət başçımızın dediyi kimi, nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv ölkə mövcuddur, bu, həqiqətən də çox gözəl və tarixi nəticədir. Əlbəttə nəticələrimiz daha yüksək ola bilərdi, lakin vacib olanı budur ki, Paris Olimpiya Oyunları Azərbaycanda idmanın inkişafının ardıcıl surətdə getdiyini göstərdi. Bütün bunlarla yanaşı, cənab Prezident İlham Əliyev belə bir vacib məqamı da vurğuladı ki, növbəti Olimpiya Oyunlarına hazırlıq işlərinə artıq yeni prizmadan yanaşmaq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra diqqəti daha da artırmaq lazımdır. Bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir şəhər və bölgəsində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, bu zaman növbəti Olimpiya Oyunlarına da hazırlıq prosesinin ardıcıl və effektiv şəkildə aparılacağını əminliklə demək olar” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024