Deputatlığa namizəd Novruzəli Aslanovun İsmayıllıda seçicilərlə növbəti görüşləri əlverişsiz hava şəraitində baş tutub -Fotolar
Tarix: 16-08-2024 | Saat: 08:34
Bölmə:Manşet / Siyasət / Özəl / Parlament | çapa göndər
VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi 89 saylı Seçki Dairəsindən qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) təbliğat planına uyğun olaraq İsmayıllı rayonunda seçicilərlə görüşlərini davam etdirir.
aia.az xəbər verir ki, seçki kampaniyasının yeddinci günündə Novruz Aslan öz komandası ilə birlikdə İsmayıllının daha beş kəndinin sakinləri ilə görüşüb. Günün birinci yarısında Ruşan və Vəng kəndlərindən olan seçicilərlə görüş baş tutub. Əlverişsiz hava şətaiti, aramsız yağan yağış səbəbilə iki kəndin sakinləri ilə görüş birlikdə təşkil olunub. İlk növbədə Novruz Aslan parlamentdəki fəaliyyəti və hazırkı platforması barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb. Görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu və yazıçı-jurnalist Xeyrulla Dəniz çıxış edərək Novruz Aslanın İsmayıllı üçün gördüyü işlərdən, rayon sakinlərinin problemlərinin həlli istiqamətində atılan addımlardan danışıblar. Daha sonra səmimi şəraitdə keçən görüşlərdə kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Günün ikinci yarısında deputatlığa namizəd öz komandası ilə birlikdə İsmayıllının Qalınçaq, Mücəftəran və Göytəpə kənd sakinləri ilə görüşüb. Bu görüş də əlverişsiz hava şəraiti səbəbilə bir yerdə təşkil olunub. Novruz Aslan görüşə gələnlərə növbəti illər üçün fəaliyyət planlarından bəhs edib. Həmçinin deputatlığa namizəd ölkəmizdə vətəndaşların rifah yüksəlişinin təmin olunması məqsədilə dövlət tərəfindən görülən tədbirlərdən danışıb. Daha sonra kənd sakinlərini qayğılandıran məsələlər səmimi şəraitdə müzakirə olunub. Novruz Aslan səsləndirilən təklif və arzuları qeydə alıb və mövcud problemlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Qeyd edək təbliğat kampaniyasının yeddinci günündə keçirilmiş görüşlərdə 400 nəfərə yaxın sakin iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda yeddi gün ərzində keçirdiyi 26 görüşdə ümumilikdə 2500 nəfər seçici ilə görüşüb.
Keçirilən görüşlərdə iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024
23:23 COP29-un nailiyyətləri