Bosniya və Herseqovina və Serbiyada həddindən artıq istilərlə əlaqədar “qırmızı xəbərdarlıq” elan edilib  
Tarix: 15-08-2024 | Saat: 19:25
Bölmə:Özəl | çapa göndər
 
Balkan ölkələri Bosniya və Herseqovina və Serbiyada həddindən artıq istilər səbəbilə "qırmızı təhlükə" elan edilib və əhaliyə tədbir görülməsi ilə bağlı xəbərdarlıq edilib.
Həyəcan siqnalı verilən Bosniya və Herseqovinanın bir çox şəhərində hiss olunan temperaturun 40 dərəcəni keçə biləcəyi bildirilib.
Serbiyada bir çox şəhərlərdə hava istiliyinin 40 dərəcəni keçə biləcəyi ictimaiyyətə açıqlanıb və "qırmızı" xəbərdarlıq edilib.
Hidrometeorologiya İnstitutu (HMİ) həddindən artıq isti hava şəraitinin həftə boyu davam edəcəyi ilə bağlı xəbərdarlıq edib və ehtiyatlı olmağı tövsiyə edib.
Serbiya Xalq Sağlamlığı İnstitutundan Milan Yovanoviç Batut ölkənin 10 şəhərindəki hava şəraitini “çox təhlükəli” kimi qiymətləndirib.
Səlahiyyətlilər həmçinin son dərəcə isti hava şəraitinin xroniki xəstəlikləri olanlar üçün əlverişsiz olduğunu, astma və ürək xəstəliyi olanların xüsusilə diqqətli olması lazım olduğunu bildiriblər.
Serbiya Avtomobil və Motosiklet Assosiasiyası da sürücülərə yolda daha diqqətli olmağı və günün ən isti saatlarında avtomobil idarə etməməyi tövsiyə edib.
aia.az
Tərcümə şöbəsi
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
09:13 Türkiyədə zəlzələ olub   
 30-10-2025
	
17:17 Suriya Kosovonu tanıdı   