Mobil versiya
Deputatlığa namizəd Novruzəli Aslanovun İsmayıllıda seçicilərlə görüşləri davam edir -Fotolar
Tarix: 15-08-2024 | Saat: 08:32
Bölmə:Manşet / Siyasət / Özəl / Parlament | çapa göndər

Deputatlığa namizəd Novruzəli Aslanovun İsmayıllıda seçicilərlə görüşləri davam edir

aia.az xəbər verir ki, 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) təbliğat planına uyğun olaraq avqustun 14-də İsmayıllı rayonunda seçicilərlə görüşlərini davam etdirib.

Seçki kampaniyasının altıncı günündə deputatlığa namizəd öz komandası ilə birlikdə İsmayıllının daha dörd kəndində olub. Günün birinci yarısında seçicilərlə görüşlər rayonun İvanovka və Soltankənd kəndlərində keçirilib. İlk növbədə Novruz Aslan parlamentdəki fəaliyyəti və hazırkı platforması barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb. Həmçinin deputatlığa namizəd qlobal proseslərin fonunda Azərbaycanın regionda və dünyada getdikcə möhkəmlənən mövqelərindən bəhs edib. Görüşlərdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu, yazıçı-jurnalist Xeyrulla Dəniz, yazıçı-jurnalist Yusif Məhəmmədoğlu çıxış edərək Novruz Aslanın İsmayıllı üçün və rayon sakinlərinin rifah yüksəlişi üçün gördüyü işlərdən danışıblar. Daha sonra səmimi şəraitdə keçən görüşlərdə kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Günün ikinci yarısında deputatlığa namizəd öz komandası ilə birlikdə İsmayıllının Uştal və Qalagah kəndlərində seçicilərlə görüşüb. Novruz Aslan görüşə gələnlərə gələcək fəaliyyət planları barədə danışıb. Deputatlığa namizəd həmçinin ölkəmizdə vətəndaşların rifah yüksəlişinin təmin olunması məqsədilə dövlət tərəfindən görülən tədbirlərdən bəhs edib. Daha sonra kənd sakinlərini qayğılandıran məsələlər səmimi şəraitdə müzakirə olunub. Novruz Aslan səsləndirilən təklif və arzuları qeydə alıb və mövcud problemlərin həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.

Qeyd edək təbliğat kampaniyasının altıncı günündə keçirilmiş dörd görüşdə 300 nəfərə yaxın sakin iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda altı gün ərzində keçirdiyi 24 görüşdə ümumilikdə 2100 nəfər seçici ilə görüşüb.

Keçirilən görüşlərdə iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024