Deputatlığa namizəd Novruzəli Aslanov təbliğat kampaniyasının 5-ci günündə seçicilərlə görüşlərini davam etdirib -Fotolar
Tarix: 14-08-2024 | Saat: 08:52
Bölmə:Manşet / Siyasət / Özəl / Parlament | çapa göndər
Sentyabr ayının 1-də Milli Məclisdə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) təbliğat planına uyğun olaraq seçki kampaniyasının beşinci günündə İsmayıllı rayonunda seçicilərlə görüşlərini davam etdirib. Belə ki, avqustun 13-də deputatlığa namizəd öz komandası ilə birlikdə İsmayıllının daha dörd kəndində olub. Günün birinci yarısında seçicilərlə görüşlər rayonun Mollaisaqlı və Hacıhətəmli kəndlərində keçirilib. İlk növbədə Novruz Aslan parlamentdəki fəaliyyəti barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb və gələcək planlardan danışıb. Həmçinin deputatlığa namizəd qlobal proseslərin fonunda Azərbaycanın regionda və dünyada getdikcə möhkəmlənən mövqelərindən bəhs edib. Görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu, yazıçı-jurnalist Xeyrulla Dəniz, kənd ağsaqqalı İldırım Məsimov, Qazi atası Həsən Həsənov çıxış edərək Novruz Aslanın İsmayıllı üçün gördüyü işlərdən danışıblar. Daha sonra səmimi şəraitdə keçən görüşlərdə kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
aia.az xəbər verir ki, günün ikinci yarısında Novruz Aslan öz komandası ilə birlikdə rayonun Kürdeldarbəyli və Gideyli kəndlərində seçicilərlə görüşüb. Deputatlığa namizəd görüşə gələnləri gələcək fəaliyyət planları və öz platforması barədə məlumatlandırıb. Daha sonra Novruz Aslan ölkə daxilində vətəndaşların rifah yüksəlişinin təmin olunması məqsədilə dövlət tərəfindən görülən tədbirlərdən danışıb. Həmçinin görüşün gedişində kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan səsləndirilən təklif və arzuları qeydə alıb və mövcud problemlərin həlli üçün müvafiq tədbirlər görəcəyini bildirib.
Qeyd edək təbliğat kampaniyasının 5-ci günündə keçirilmiş iki görüşdə 300 nəfərə yaxın sakin iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda 5 gün ərzində keçirdiyi 20 görüşdə ümumilikdə 1800 nəfər seçici ilə görüşüb.
Keçirilən görüşlərdə iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024