Mobil versiya
Təxribatlara hazırlıq gedir - Bakıda təcili iclas
Tarix: 13-08-2024 | Saat: 22:22
Bölmə:Ölkə | çapa göndər

Təxribatlara hazırlıq gedir - Bakıda təcili iclas


Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycan bütün dünyanın diqqət mərkəzində olub. Beynəlxalq tədbirlərin təşkili, Azərbaycanın torpaqlarını azad etməsi, ölkəmizin və ölkə başçısının artan nüfuzu çoxlarını narahat etməkdədir. Bir sıra ölkələrlə yanaşı, sapı içimizdən olan baltalar da bundan narazıdırlar. Fransa, Niderland, ABŞ kimi ölkələr Azərbaycanın güclənməsini qətiyyən istəmir. Buna görə də onlar müxtəlif yollara əl atırlar. Onların təsir vasitələri sırasında iki əsas qüvvə var: Birincisi Ermənistan. İkincisi isə ölkə daxilindəki müxalif qüvvələr. ABŞ, Fransa, Britaniya, Nideraland, Kanada kimi ölkələr, Avropa İttifaqı kimi güclü təşkilatlar bu iki gücdən istifadə edərək Azərbaycanın daha da inkişaf etməsinə mane olurlar.

Dildə sülh deyib, əməldə tam tərsini göstərən Ermənistanın əsas dəstəkçisi Fransadır. Makronun başçılıq etdiyi ölkə erməniyə ermənidən daha çox canıyananlıq edir. Onlar Cənubi Qafqazdakı sülh prosesinə mane olmağa can atırlar. Sülh prosesinin uzanmasında maraqlı olan Ermənistana bu bütün hallarda sərf edir.

Çətin də olsa, bu yolu keçməliyik
Toy etmək istəyənlərə pis xəbər: Yaxın vaxtlarda... - VİDEO
Sabah bu ərazidə hərəkət məhdudlaşdırılacaq
Yuxarıda sadaladığımız ölkələrin Ermənistana dəstək olmasını, onların da Azərbaycana qarşı belə mövqedə olmasına hardasa anlamaq olar. Bizi özlərinə düşmən hesab edən ölkənin bu kimi davranışları gözləniləndir. Bəs maraqlıdır ki, Azərbaycanda yaşayan, şəxsiyyət vəsiqəsinin milliyət yazılan hissəsində azərbaycanlı yazılan bəzi müxalifət nümayəndələri niyə narahatdır? Onlar həqiqətən mi xalqın problemlərini işıqlandırıb camaatın canına yanırlar yoxsa bunlar hamısı bir oyunun parçasıdır?

Sualın cavabını tapmaq heç də çətin deyil. Məhz dünən Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə AXCP sədri Əli Kərimli, Musavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxsin iştirakı ilə keçirilən görüş bu sualın cavanı aşkar şəkildə ortaya qoyur. Belə ki, bu görüşdə səfir Piter Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyi məsələsinə toxunaraq, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell yaranmış durumdan ciddi narazılığını müxalifət təmsilçilərinin diqqətinə çatdırıb. Azərbaycandakı cari durumu qısa şəkildə təsvir edən P.Mixalko deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb. Bunun müqabilində isə cəmiyyətin narazı hissəsini arxasınca aparmalı olan müxalifət fəaliyyətini yalnız virtual məkanda replikalar paylaşmaqla, müxalifətçiliyi imitasiya etməklə məşğuldur. O, hətta nümunə kimi Gürcüstanı göstərib.
Ətraflı


Görüşdə müxalif qüvvələr fəaliyyətsizliklərini və uğursuz addımlarını onlara mitinqin icazəyə verilməməsi, mediaya çıxışlarının olmaması ilə əlaqələndirsələr də, Peter Milxalkonun gələcək fəaliyyətlə bağlı tapşırıqlarına "baş üstə" deyiblər. Görünür, onlar maliyyədən məhrum olmaq istəmirlər.

Mixalko isə maliyyələşmənin davam etməsi üçün müxalifətin qarşısına bir neçə şərt qoyub. O bildirib ki, gəncləri bu prosesə cəlb etməklə, sosial şəbəkələrdə narazılıq bildirən postları artırmalıdırlar, rayonlarda, şəhərlərdə müxtəlif bəhanələrlə yolu bağlamalıdırlar. Mixalko müxalifətə çaxnaşma yaratmaq üçün lazım olan mövzuları da açıqlayıb. O, uşaqpulu, qazilərin sosial durumu, bahalaşma, korrupsiya, Qarabağın bərpası prosesində vəsaitlərin sərfiyyatının şəffaf olmaması və s. kimi məsələlərin üstünə getməyi müxalifətə tapşırıb.

P.Mixalkonun sözlərinə görə, indiki seçkilərdən sonra Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu tədbir cəmiyyəti ayağa qaldırmaq üçün əlverişli şərait yaradır. Bütün bunları təşkil etmək üçün müxalifətin fəaliyyət proqramı olmalıdır və bu proqrama uyğun da tədbirlər həyata keçirilməlidir. Əsas vəzifə COP29-u mümkün qədər siyasiləşdirmək və beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm tədbiri keçirən ölkədə mövcud problemlərə cəlb etməkdir.

Görüşdə diqqət çəkən məqam ABŞ və Böyük Britaniyanın səfirlərinin olmasıdır. Masanın üzərində Aİ bayrağı ilə yanaşı LGBT bayrağının qoyulması isə vəziyyətin heç də ürəkaçan olmadığına işarədir.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə