Mobil versiya
Saxta ƏDV saytı yaradılıb - XƏBƏRDARLIQ
Tarix: 13-08-2024 | Saat: 15:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Saxta ƏDV saytı yaradılıb -

Kiberdələduzlar tərəfindən yığılan ƏDV-lərin geri qaytarılması üçün saxta “edv-almaq.com” adlı veb-sayt yaradılıb.

aia.az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, “edv-almaq.com” adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı xüsusi təkliflərlə qarşılaşdıqda yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024