Mobil versiya
Deputatlığa namizəd Novruzəli Aslanov təbliğat kampaniyasının 4-cü günündə İsmayıllının daha dörd kəndində seçicilərlə görüşüb -Fotolar
Tarix: 13-08-2024 | Saat: 08:54
Bölmə:Manşet / Siyasət / Özəl / Parlament | çapa göndər

Deputatlığa namizəd Novruzəli Aslanov təbliğat kampaniyasının 4-cü günündə İsmayıllının daha dörd kəndində seçicilərlə görüşüb

aia.az xəbər verir ki, 89 saylı Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizədliyi qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) təbliğat planına uyğun olaraq avqustun 12-də İsmayıllı rayonunda seçicilərlə görüşlərini davam etdirib. Təbliğat kampaniyasının 4-cü günündə deputatlığa namizəd öz komandası ilə birlikdə İsmayıllının daha dörd kəndində olub. Günün birinci yarısında seçicilərlə görüşlər rayonun Aşıqbayramlı və Hapıtlı kəndlərində keçirilib. İlk növbədə Novruz Aslan parlamentdəki fəaliyyəti barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb və bildirib ki, ona yenidən etimad göstərilərsə, gələcəkdə də öz seçicilərini layiqincə təmsil etməkdə davam edəcək. Həmçinin deputatlığa namizəd Azərbaycanın regionda və dünyada getdikcə daha da möhkəmlənən mövqelərindən bəhs edib. Daha sonra səmimi şəraitdə keçən görüşlərdə kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Günün ikinci yarısında Novruz Aslan öz komandası ilə birlikdə rayonun Talış və Qarakolluq kəndlərində seçicilərlə görüşüb. Deputatlığa namizəd görüşə gələnləri gələcək fəaliyyət planları və öz platforması barədə məlumatlandırıb. Daha sonra Novruz Aslan ölkə daxilində vətəndaşların rifah yüksəlişinin təmin olunması məqsədilə dövlət tərəfindən görülən tədbirlərdən danışıb. Həmçinin görüşün gedişində kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan səsləndirilən təklif və arzuları qeydə alıb və mövcud problemlərin həlli üçün müvafiq tədbirlər görəcəyini bildirib. Sonra kənd sakinləri adından çıxış edən görüş iştirakçıları sentyabrın 1-də keçiriləcək seçkilərdə Novruz Aslanı dəstəkləyəcəklərini bildiriblər. Qeyd edək təbliğat kampaniyasının 4-cü günündə keçirilmiş iki görüşdə 300 nəfərə yaxın sakin iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda 4 gün ərzində keçirdiyi 16 görüşdə ümumilikdə 1500 nəfər seçici ilə görüşüb.

Keçirilən görüşlərdə iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024