ƏZİZ ƏLƏKBƏRLİNİN SEÇİCİLƏRLƏ NÖVBƏTİ GÖRÜŞÜ DƏ MARAQLI KEÇMİŞDİR
Tarix: 12-08-2024 | Saat: 21:16
Bölmə:Manşet / Siyasət / Özəl / Parlament / Seçilənlər-9 | çapa göndər
aia.az-ın müxbiri Saatlıdan xəbər verir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin seçicilərlə görüşlərii davam edir. VI şağırış Milli Məclisin deputatı kimi seçivcilərlə daim ünsiyyətdə olduğundan, onların qaldırdığı hər bir məsələyə, problemə dərhal reaksiya verərək problemin həllinə çalışdığından Əziz ələkbərlinin seçicilərlə görüşləri maraqlı və canlı keçir. Bu dəfə seçicilər Əziz Ələkbərliyə problemləri deməyə yox, ona növbəti seçkidə dəstək olacaqlarını, səs verəcəklərini deməyə gəlirlər. Çünki ötən illərdə Əziz Ələkbərli mütəmadi olaraq bu insanların hər bir işində onların yanında olmuş, bütün hallarda seçicilərinin istək və arzularının yerinə yetməsi üçün əlindən gələni əsirgəməmişdir.
Bu fikirlər oktyabrın 12-də rayonun Əlisoltanlı, Potubəyli, Bəylər və Mollavazlı kəndlərindən olan seçicilərlə görüşdə məhz seçicilər tərəfindən səsləndirilmişdir.
Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxışında Azərbaycanın dünyada demokratik, dinamik inkişaf edən ölkə kimi tanındığını vurğulayaraq növbəti parlament seçkilərinin də demokratik əsasda keçirilməsinin vacibliyini qeyd etmişdir.
Çıxış edən deputatlığa namizəd Əziz Ələkbərli əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, ərazi bütövlüyünü tam təmin edən Azərbaycan qalib dövlət olaraq tarixinin ən qürurlu dövrünü yaşayır: “44 günlük müharibə və ardınca bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvasının tam dağıdılması ilə dünyaya gücümüzü göstərmiş olduq. Bunun nəticəsi olaraq bu gün üçrəngli dövlət bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır”. İndi isə işğaldan azad olunmuş torpaqlara yeni həyat qaytarılması, Qarabağın, şərqi Zəngəzurun dirçəldilməsi mərhələsindəyik. Qarşıda isə bizi daha böyük hədəflər gözləyir. “
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Sevinc Gülüşova, Lütvəli Şıxəliyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması kimi möhtəşəm tarixi hadisədən sonra yeni reallıqlar yaranıb. “İlk dəfə olaraq ölkəmizin bütün ərazilərində prezident seçkiləri keçirilib. İndi Azərbaycan növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır”, - deyə vurğulanıb.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Qeyd olunub ki, YAP-ın namizədlərinə səs vermək rifahı, yüksəlişi və tərəqqini seçməkdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər