Seçicilər hər zaman onların yanında olan namizədə səs verəcək
Tarix: 10-08-2024 | Saat: 13:59
Bölmə:Karusel | çapa göndər

AİA.Az saytı ənənəvi olaraq seçkilər ərəfəsində müxtəlif dairələrdə əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu Masallı rayonunda ezamiyyətdə olmuş, 74 saylı Masallı seçki dairəsinə daxil olan Mahmudavar, Bədalan, Boradigah və Qizilavar kəndlərində seçicilər arasında rəy sorğusu keçirmişlər.
Məqsəd 1 sentyabr 2024-cü il tarixdə keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində Masallı rayonunda mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.
Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 47,4%-ni kişilər, 52,6%-ni isə qadınlar təşkil edib. Respondentlərin 32,7%-i 18-29 yaş, 24,3%-i 30-39, 20,8%-i 40-49, 17,8%-i 50-59 yaş, 4,4%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 39,3%-i orta təhsilli, 24,7%-i orta ixtisas təhsilli, 4,2%-i natamam ali təhsilli, 24,5%-i ali təhsilli, 7,3%-i isə tam orta təhsili olmayanlardır.
“74 saylı Masllı rayon Seçki Dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin 97 faizi keçmiş VI çağırış Milli Məclisin deputatı Məşhur Məmmədovu yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, Məşhur Məmmədov rayonun Yeddioymaq kəndində doğulub, bütün fəaliyyəti Masallı rayonu ilə sıx bağlıdır. Həmçinin VI çağırış Milli Məclisdə rayonu təmsil edən Məşhur müəllim xeriyyəçiliyi ilə də tanınır. Seçicilər xüsusi qeyd etmişlər ki, Masallıda qızların ali pedaqoji təhsil alması üçün Fond yaradan Məşhur Məmmədov kifayət qədər populyar namizəddir.
“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 68%-i Məşhur Məmmədovun, 17%-i digər namizədlərin adını çəkmiş, 9,2 faiz seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 5,8%-i isə “heç kimə” cavabını vermişdir.
“Rəğbət bəslədiyiniz namizədə hansı keyfiyyətlərinə görə səs verəcəksiniz?” sualına cavab verən respondentlər bildirib ki, Məşhur Məmmədov seçicilərlə fəal təmasda olan, onların bütün problemlərinə sayğı ilə yanaşıb həll edən deputatlardandır. Rəyi soruşulanlar həm də ona müraciət etmək imkanının geniş olduğunu bildiriblər.
Göründüyü kimi, sorğunun nəticələri 74 saylı Masallı Seçki Dairəsində deputatlığa namizəd Məşhur Məmmədovun ictimai rəydə üstünlük təşkil etdiyini göstərir.
Sorğunu kecirdilər:
Kənan Həsənov
Günel Arifqızı
Sənan Məmmədli
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər