Mobil versiya
“QLOBAL ƏMƏKDAŞLIQ VƏ ANALITIK ARAŞDIRMALAR MƏRKƏZI” İCTIMAİ BİRLİYİNİN ƏLİLLİYİ OLAN UŞAQLAR VƏ ONLARIN VALİDEYNLƏRİNƏ DƏSTƏK MƏQSƏDİLƏ KEÇİRDİYİ DAHA BİR LAYİHƏ UĞURLA BAŞA ÇATDIRILDI. -Foto
Tarix: 09-08-2024 | Saat: 17:12
Bölmə:Ölkə | çapa göndər

“QLOBAL ƏMƏKDAŞLIQ VƏ ANALITIK ARAŞDIRMALAR MƏRKƏZI” İCTIMAİ BİRLİYİNİN ƏLİLLİYİ OLAN UŞAQLAR VƏ ONLARIN VALİDEYNLƏRİNƏ DƏSTƏK MƏQSƏDİLƏ KEÇİRDİYİ  DAHA BİR   LAYİHƏ UĞURLA BAŞA ÇATDIRILDI.

“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Qlobal Əməkdaşlıq Araşdırmaları Mərkəzi” MMC tərəfindən icra edilən “Əlilliyi olan uşaqlara və onların valideynlərinə COVİD-19 pandemiyasından sonra normal həyata qayıtmaq və pandemiyanın təsirləri ilə mübarizə aparmaq üçün dəstək” təşəbbüsünü həyata keçirərək, uğurla başa vurdu. Layihə 2023-cü ilin sentyabr ayından başlayaraq, 2024-cü ilin avqust ayına qədər davam etdi.
Təşəbbüsün ümumi məqsədi əlilliyi olan uşaqların valideynləri arasında bacarıqların artırılması yolu ilə əlilliyi olan uşaqlar üçün inklüziv və keyfiyyətli mühiti dəstəkləmək idi. Layihənin məqsədi isə əlilliyi olan uşaqların valideynlərinin pandemiya və digər qlobal sağlamlıq böhranı dövründə əlilliyi olan övladlarının ehtiyaclarını ödəyə bilmək iqtidarında ola bilmələrinə dəstək verməkdir. Təşəbbüs Bakı, Gəncə, Xaçmaz, Qazax və Quba regionlarını əhatə edirdi.

İlk tədbir 5 mart 2024-cü il tarixində baş tutdu. “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbərliyi ilə eyni zamanda könüllü partnyor kimi də iştirak edən “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu ilə birlikdə əllilliyi olan uşaqlar , onların valideynləri ilə daha yaxından tanış olmaq üçün təşkil olunan tədbir baş tutdu. Tədbirdə layihə təşkilatçıları və layihə ekspertləri iştirakçılar üçün əlilliklə bağlı dövlətin , cəmiyyətin onlara qarşı artan diqqətindən,,hamımız üçün əlil olma riskinin mövcud olduğunu qeyd edərək, layihə haqqında geniş,maraqlı məruzələr etdilər.
Layihə proqramına uyğun olaraq, 22-25 May, 2024-cü il tarixlərində Gəncə şəhərində “Güclü valideynlər, Güclü uşaqlar: Əlilliyi olan uşaqların valideynləri üçün təlim” adlı 3 günlük tədbir həyata keçirildi. İştirakçılar- Bakı, Gəncə, Xaçmaz, Qazax və Quba regionlarından qatılan nümayəndələr, əlilliyi olan uşaqlar və 20 nəfər valideyn idi.
Tədbirdə, əlillik və ona yanaşma növləri, vətəndaşların dövlət proqramlarına müraciət qaydaları, valideynlərin psixoloji və emosional sağlamlığı, ailədaxili münasibətlər , əlilliyi olan uşaqların adaptasiyasının yüngülləşdirilməsi yolları haqqında geniş maarrifləndirici çıxış və təqdimatlar yer aldı. Təlim zamanı həmçinin “V-handmade accessoires” təsisçisinin dəstəyi ilə fiziki məhdudiyyətləri uşaqların motivasiyasını yüksəltmək üçün müxtəlif master klasslar da həyata keçirildi.Tədbirdən sonra təşkil olunan fiziki məhdudiyyətli uşaqların sərgiləri ilə yaxından tanış olundu,Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyalar təşkil edildi.
Layihə təlimlərindən toplanılan maraqlı materiallar əsasında “Əlilliyi olan uşaqlara və onların valideynlərinə COVID-19 pandemiyasından sonra normal həyata qayıtmaq və pandemiyanın təsirləri ilə mübarizə aparmaq üçün dəstək” təşəbbüsünün "Güclü Valideynlər, Güclü Uşaqlar: Əlilliyi olan Uşaqların Valideynləri" adlı başlığında hazırlanan videoçarx tədbir sonunda təqdim edilərək, böyük rəğbət qazandı.
Ümumilikdə layihə çərçivəsində 108 əlilliyi olan uşaqların valideynləri arasında sorğu həyata keçirilmişdir. Sorğuda əlilliyi olan uşaqlar və onların valideynlərinin pandemiya zamanı qarşılaşdıqları çətinliklər müəyyən edilmişdir. Sorğunun nəticəsi olaraq, “ COVİD- 19 pandemiyasının Azərbaycanda əlilliyi olan uşaqlar və onların ailələrinə təsirinin öyrənilməsi” adlı elmi məqalə hazırlanmışdır.Elmi məqalə bu yaxında çapa qəbul edilmiş və beynəlxalq statuslu jurnalda dərc ediləcəkdir.
Digər layihə fəaliyyətimiz kimi əlilliyi olan uşaqların valideynləri üçün təlimat kitabçası hazırlanmışdır. Təlimat kitabçası , əlilliyi olan uşaqların valideynləri üçün pandemiya və ya hər hansı bir qlobal sağlamlıq böhranı zamanı da daxil olmaqla, onlara dəstək və yardım olmaları üçün lazımi məsləhətləri özündə cəmləyir. Təlimat kitabçası çap edilərək, 100-dən çox ailəyə və 40-a yaxın təşkilatlara paylanılmışdır.
07 avqust 2024-cü il tarixində, layihənin əldə etdiyi nəticələrini ictimaiyyətə təqdim etmək üçün final hesabat-konfrans təşkil olundu. Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri , media nümayəndələri , ictimai xadimlər və fəal gənclər iştirak edirdilər.
Tədbirin rəsmi açılışında dövlət himnimiz səsləndirildi və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Dr.Xəyalə Məmmədova əlilliklə bağlı dövlətin və ümumilikdə cəmiyyətin onlara qarşı artan diqqətinin, onların cəmiyyətə inteqrasiya prossesinin daha da sürətləndirilməsi üçün atılan vacib addımlar haqqında məruzə etdi. Həyata keçirdikləri bu layihənin necə vacib rol oynadığını qeyd edərək, iştirakçılara və layihə təşkilatçılarına uğurlar arzuladı. Açılışdan sonra layihə tədqiqatçısı Rima Məmmədova layihənin icrası və elmi araşdırmamız haqqında iştirakçılara məlumat verdi. Məruzədən sonra Azərbaycan Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Ramil Malikli, UAFA təşkilatının Uşaq inkişafı üzrə mütəxəssisi, Dr. Ülviyyə Mirzəyeva ,Milli Hematologiya və Transfuziologiya Mərkəzinin endokrinoloqu,Türkiyə Endokrinologiya və Metabolizma dərnəyinin fəxri üzvü Dr. Nurani Alıyeva iştirakçılar üçün çox aktual, maraqlı mövzularla çıxış etdilər. Tədbir soununda layihənin hesabat işlərinə dair videoçarx nümayiş olunduqdan sonra iştirakçılar sertifikatlarla təltif olundu , hədiyyələrlə mükafatlandırıldılar.
“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbərliyi tədbir sonunda vəzifələrinin öhdəsindən layiqincə gəldikləri üçün çox sevincli, eyni zamanda çox qürurlu olduqlarını və layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi. Xüsusi olaraq qeyd etdilər ki, bundan sonra da əlilliyi olan şəxslərə ümid olacaqlarına bacardıqları qədər davam edəcəklər.

“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin
İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə