Mobil versiya
HƏMAS FƏTH və AXCP liderlərinin İsraillə razılaşmasını tələb edib
Tarix: 09-08-2024 | Saat: 16:51
Bölmə:Özəl | çapa göndər

HƏMAS FƏTH və AXCP liderlərinin İsraillə razılaşmasını tələb edib

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında İsraillə barışıq əldə etmək üçün öz şərtlərini vasitəçilərə təqdim edib. Misirin Əl-Youm əs-Sabia portalı xəbər verir ki, hərəkatın tələbləri arasında bir sıra tanınmış fələstinli məhbusların azad edilməsi də var.HƏMAS-ın azadlığa buraxılmasını tələb etdiyi fələstinli məhbuslar arasında Fəth hərəkatının liderlərindən biri Mərvan Barquti və Fələstinin Azadlıq Xalq Cəbhəsinin (AXCP) baş katibi Əhməd Səadət də var.

Mənbələrə görə, bu tələb Fələstinlilər arasında “HƏMAS-ın milli birliyə nail olmaq cəhdi” kimi qiymətləndirilə bilər.
Portal qeyd edir ki, razılaşmanın digər şərti kimi Həmas “yalan bəhanələrlə həbs edilən və onilliklər boyu İsrail həbsxanalarında saxlanılan Fələstin hərəkatlarının bütün liderlərinin”, eləcə də bütün məhbus qadınların və azyaşlıların azad edilməsini tələb edib.

Avqustun 7-də Fələstin prezidenti Mahmud Abbas bildirib ki, Fələstin bölgədəki vəziyyətin nizamlanması üçün sülh konfransı zamanı İsraillə yekun status danışıqlarına hazır olduğunu bildirir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025