Mobil versiya
Bakıda döyülən gənc qız ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
Tarix: 09-08-2024 | Saat: 11:54
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakıda döyülən gənc qız ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb -

Avqustun 9-da saat 00:45-də 2006-cı il təvəllüdlü (qadın cinsli) şəxs xəsarət alması səbəbilə Sabunçu Tibb Mərkəzinə müraciət edib.

aia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ çiynin kəsilmiş yarası diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti kafi olaraq qiymətləndirilib.

***

10:15

Avqustun 9 da gecə saatlarında Sabunçu rayonu ərazisində qadının bir qrup şəxs tərəfindən döyülməsilə bağlı polisə məlumat daxil olub.

aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməli törədən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.APA

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-01-2025