Pentaqon: ABŞ 2024-cü ildə silah satışından 100 milyard dollardan çox gəlir əldə edə bilər
Tarix: 09-08-2024 | Saat: 09:38
Bölmə:Özəl | çapa göndər
ABŞ Müdafiə Nazirliyinin cümə axşamı yaydığı bəyanatda deyilir ki, ABŞ-ın xaricə silah satışından əldə etdiyi gəlir 2024-cü maliyyə ilinin sonuna kimi 100 milyard dolları keçə bilər.
“2024-cü maliyyə ilində [ölkədə sentyabrın 30-da başa çatır] xaricə silah satışı artıq 80 milyard dollardan çox olub və ilin sonuna qədər 100 milyard dolları keçə bilər”, - deyə məlumatda bildirilir. Müqayisə üçün qeyd edək ki, 2023-cü maliyyə ilində ABŞ silah satışından 66,2 milyard dollar, 2022-ci ildə isə 49,7 milyard dollar qazanıb.
Pentaqonun məlumatına görə, Vaşinqton 2022-ci ildə Ukraynanı silahla təchiz etməyə başladıqdan sonra dünyada Amerika silahlarına tələbat artıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər