Cəbrayıla köç başlayır
Tarix: 08-08-2024 | Saat: 13:57
Bölmə:Manşet / Ölkə | çapa göndər

Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək.
aia.az xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov deyib.
O bildirib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində üç şəhər mərkəzi, 5 qəsəbə, 24 kəndin inşası və oraya əhalinin köçürülməsi nəzərdə tutulub:
"2022-2026-cı illəri əhatə edən proqramın birinci mərhələsi çərçivəsində 41 mindən çox keçmiş məcburi köçkün könüllülük prinsiplərinə əməl olunmaqla öz dədə-baba yurdlarına köçəcəklər. Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edildiyi gündür. Bu münasibətlə keçiriləcək tədbirlərdə gəncləri görmək çox xoş olardı".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər