İsrail əsgərlərinin bir fələstinliyə cinsi işgəncə verdikləri anların kamera görüntüləri üzə çıxıb
Tarix: 07-08-2024 | Saat: 18:48
Bölmə:Özəl | çapa göndər
İsrail əsgərlərinin Negev səhrasındakı Sde Teiman həbsxanasında saxlanılan fələstinliyə cinsi işgəncə verdikləri anların təhlükəsizlik kamerası görüntüləri yayımlanıb.
Kanal 12 televiziyasında yayımlanan görüntülərdə çox sayda məhbus fələstinli məftillərlə əhatə olunmuş yerdə üzüstə yerə uzanmış vəziyyətdə görünür. Bu arada kamera İsrail əsgərlərinin yerdə uzanmış bir fələstinlini götürüb başqa əraziyə aparmasını çəkir.Bəzi əsgərlərin nəzarətə alınan fələstinliyə cinsi işgəncə verməsi, digər əsgərlərin isə qalxanlardan istifadə edərək o anların təhlükəsizlik kamerasına düşməsinin qarşısını almağa çalışması diqqət çəkir.
"(Əsgərlər) yəqin ki, təhlükəsizlik kameralarından xəbərdardır və öz hərəkətlərini qalxanlarla gizlətməyə çalışırlar", - Kanal 12 bildirir. Bəyanat daxil edilib.
Xəbərdə İsrail əsgərlərinin nəzarətə alınan fələstinlinin anusuna əşya soxaraq ona işgəncə verdiyi bildirilib. Cinsi işgəncələrə məruz qalan fələstinlinin qanlar içində xəstəxanaya aparıldığı qeyd edilib.
İSRAİL NAZİRLƏRİ CİNSİ İŞGƏNCƏ VERƏN ƏSGƏRLƏRƏ DƏSTƏK EDİB
İsrail hərbi polisi iyulun 29-da 10 İsrail əsgərini bir fələstinliyə cinsi işgəncə vermək ittihamı ilə həbs etmək üçün Sde Teymana gəldikdən sonra saxlanılacaq əsgərlərin müqaviməti nəticəsində insidentlər yaşanıb.
Bəzi İsrail nazirləri, xüsusilə də ifrat sağçı Milli Təhlükəsizlik Naziri Itamar Ben-Qvir və Maliyyə Naziri Bezalel Smotrich cinsi işgəncədən istifadə edən əsgərlərə dəstək mesajları verib.
Bu mesajlardan dərhal sonra parlament üzvləri də daxil olmaqla bir çox ifrat sağçı israilli Sde Teymana basqın etdi.
Oxşar qruplar axşam saatlarında saxlanılan əsgərlərin aparıldığı hərbi məhkəmənin yerləşdiyi Beyt Lid bazasına zorla daxil olmuşdu.
İfrat sağçı ekstremistlərin bir gündə iki hərbi bazaya basqın etməsi İsraildə gərgin müzakirələrə səbəb olub.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2025
12:54 Sabah qar yağacaq