Mobil versiya
Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
Tarix: 07-08-2024 | Saat: 09:26
Bölmə:Manşet / Ölkə | çapa göndər

Hava şəraiti ilə bağlı əhaliyə

Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

aia.az bu barədə nazirliyə istinadla xəbər verir.

Bildirilir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-01-2025