Mobil versiya
Gürcüstanda avqustun 6-da Rusiya Federasiyası ilə sərhəd işlərinə görə bağlanacaq
Tarix: 05-08-2024 | Saat: 18:58
Bölmə:Özəl | çapa göndər

Gürcüstanda avqustun 6-da Rusiya Federasiyası ilə sərhəd işlərinə görə bağlanacaq

Gürcüstan hakimiyyəti Rusiya Federasiyası ilə sərhəddə yerləşən Kazbegi gömrük-keçid məntəqəsini avqustun 6-da səhər saat 05:00-dan 10:00-dək (Moskva vaxtı ilə saat 04:00-dan 09:00-dək) ​​texniki işlərlə əlaqədar bağlayacaq. Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.“Avqustun 6-da saat 05:00-dan 10:00-dək aparılan texniki işlər (yeni avtomatik ehtiyat elektrik paylayıcı şəbəkənin yenilənməsi) ilə əlaqədar “Kazbegi” gömrük-keçid məntəqəsində gömrük nəzarəti prosedurları dayandırılacaq”, - məlumatda deyilir.
Departamentdən dəqiqləşdiriblər ki, bu müddət ərzində məhsulların idxalı və ixracı, habelə sərhədi keçərkən fiziki şəxslərin nəzarəti ilə bağlı prosedurlar mövcud olmayacaq.
Departamentin Gəlirlər Xidmətindən verilən məlumata görə, təmir işləri başa çatdıqdan sonra gömrük-keçid məntəqəsi adi rejimdə, tam gücü ilə fəaliyyət göstərəcək.

“Kazbegi - Yuxarı Lars” hazırda Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə gömrük keçid məntəqəsidir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025