Mobil versiya
Britaniya İsrailə qarşı “gizli silah embarqosu” tətbiq etdiyi iddiasını rədd edir
Tarix: 05-08-2024 | Saat: 18:33
Bölmə:Özəl | çapa göndər

Britaniya İsrailə qarşı “gizli silah embarqosu” tətbiq etdiyi iddiasını rədd edir

İngiltərənin İsrailə “gizli silah embarqosu” tətbiq etdiyi xəbərini təsdiqləməyən Britaniya hökuməti, İsrailə silah ixracı lisenziyalarına yanaşmada “heç bir dəyişiklik olmadığını” bəyan edib.
Britaniya hökumətinin sözçüsü, İsrailə qarşı "gizli silah embarqosu" tətbiq edildiyi və yeni silah ixracı lisenziyaları üçün müraciətlərin dondurulduğu xəbəri ilə bağlı AA müxbirinin suallarını cavablandırıb.
“İsrailə ixrac lisenziyaları ilə bağlı yanaşmamızda heç bir dəyişiklik olmayıb”. Sözçü bildirib ki, yeni hökumət Strateji İxrac Lisenziyası Meyarlarına uyğun olaraq ixrac lisenziyası ərizələrini ayrı-ayrılıqda nəzərdən keçirməyə davam edir.

Hökumət sözçüsü, silah ixracı ilə bağlı həm milli, həm də beynəlxalq hüquqi öhdəlikləri yerinə yetirmələrinin həyati əhəmiyyət daşıdığını vurğulayaraq, "İsrailə ixracla bağlı tövsiyələri nəzərdən keçiririk və hələ bir qərar verilməyib" dedi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025