Banqladeşin istefada olan baş naziri Hasina Böyük Britaniyadan sığınacaq istəyib
Tarix: 05-08-2024 | Saat: 16:50
Bölmə:Özəl | çapa göndər
Banqladeşin vəzifəsini tərk edən baş naziri Şeyx Hasina Böyük Britaniyadan sığınacaq istəyib. Siyasətçini artıq Britaniya vətəndaşlığı olan öz bacısı müşayiət edir. Bu, bazar ertəsi, avqustun 5-də məlum olub.
— Hasina Böyük Britaniyadan sığınacaq istəyib. Hindu xəbər verir ki, artıq Britaniya vətəndaşlığı olan bacısı onu müşayiət edir.
Banqladeşin keçmiş baş naziri elə həmin gün ölkədəki etirazlar fonunda istefa verib. Finlandiyaya getməyi planlaşdırırdı.
İyulun 14-dən Banqladeşdə etiraz aksiyaları keçirilir. Ölkə vətəndaşları hökumətin Pakistanla müstəqillik müharibəsi iştirakçılarının qohumları üçün işə qəbul kvotalarının 30 faizini bərpa etmək qərarından narazıdırlar. Etiraz edən tələbələrə çoxlu işsizlər də qoşulub.Banqladeşdə hökumət işlərinə kvota sistemində islahatların aparılması ilə əlaqədar avqustun 4-də səhər saatlarında kütləvi etirazlar yenidən başlayıb. Yeni iğtişaşlar fonunda ölkə hakimiyyəti mobil interneti söndürüb, həmçinin WhatsApp messencerini və Instagram* və Facebook* sosial şəbəkələrini müvəqqəti bloklayıb.
*Meta-nın fəaliyyəti (Facebook və Instagram sosial şəbəkələri) Rusiya Federasiyasında ekstremist kimi qadağandır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025