iPhone satışları azalıb
Tarix: 02-08-2024 | Saat: 19:03
Bölmə:Özəl | çapa göndər
Apple korporasiyası 2024-cü maliyyə ilinin üçüncü rübünün nəticələrini açıqlayıb. Bu barədə “ArsTechnica” məlumat yayıb.Amerika şirkətinin hesabatında bildirilir ki, il ərzində iPhone satışından əldə olunan gəlir 39,67 milyard dollardan 39,30 milyard dollara düşüb. Eyni zamanda, Apple bildirib ki, iPhone 15-in satışları iPhone 14-ün satışını üstələyib. Şirkət həmçinin qeyd edib ki, rüblük gəlirə görə rekord müəyyənləşdirib - bu, 85,8 milyard dollar təşkil edib.
Apple-ın ən mühüm bazarlarından biri olan Çində gəliri 6,3 faiz azalaraq 14,7 milyard dollara düşüb. Media jurnalistlərinin fikrincə, buna Huawei və digər yerli smartfon istehsalçılarının sərt rəqabəti səbəb ola bilər.
iPad-in gəliri təxminən 24 faiz artaraq 7,16 milyard dollara çatıb. Analitiklər bunu yeni iPad Pro və iPad Air-in buraxılışı ilə əlaqələndirdilər. Geyilə bilən aksesuarların satışı azaldı, lakin Mac kompüterlərinin satışı artdı.
Baş direktor Tim Kukun sözlərinə görə, iPhone satışları növbəti rübdə artmalıdır. Apple-ın top meneceri bunu iPhone 16-nın buraxılması və brendin cihazlarında Apple Intelligence süni intellekt (AI) xidmətinin görünməsi ilə əlaqələndirdi.
Daha əvvəl Counterpoint Research analitikləri bildiriblər ki, Apple cihazları qlobal bazarda ən populyar 3 smartfon arasında birinci olub. Ən çox satılan telefon iPhone 15 olub.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025