Mobil versiya
Pakistanda son 44 ilin yağış rekordu! Evləri, əsas yolları və xəstəxanaları su basıb
Tarix: 01-08-2024 | Saat: 18:14
Bölmə:Özəl | çapa göndər

Pakistanda son 44 ilin yağış rekordu! Evləri, əsas yolları və xəstəxanaları su basıb


Bildirilib ki, Pakistanın Lahor şəhərində 3 saatda hər kvadratmetrə 350 millimetr yağıntı düşüb ki, bu da şəhərdə son 44 ilin yağıntı rekordudur.Geo News televiziyasındakı xəbərə görə, şiddətli yağışlar bütün Lahorda həyata mənfi təsir göstərib.
Lahorda 3 saat ərzində hər kvadratmetrə 350 millimetr yağış düşüb.

Bildirilib ki, yağıntılar şəhərdə son 44 ilin rekordu olub.

Şəhərin Tacpura ərazisində evləri, əsas yolları və xəstəxanaları su basıb.

Mətbuatda əks olunan görüntülərdə suyun yüksək olduğu yollarda nəqliyyat vasitələri, motosikletlər və piyadaların hərəkətdə çətinlik çəkdiyi əks olunub.

Digər tərəfdən, təhlükəsizlik səbəbiylə bir çox bölgədə elektrik enerjisi kəsilib.

Pakistanda leysan yağışların səbəb olduğu sel və daşqınlar nəticəsində son 48 saatda 35 nəfər həyatını itirib.

Hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları Pakistana böyük ziyan vurur.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025