Mobil versiya
ABŞ-da işsizlik müraciətləri gözləntiləri üstələyib
Tarix: 01-08-2024 | Saat: 17:25
Bölmə:Özəl | çapa göndər

ABŞ-da işsizlik müraciətləri gözləntiləri üstələyib

ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 27 İyulda bitən həftədə bazar gözləntilərini aşaraq 249 minə yüksəldi.

ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

Buna görə ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 27 İyulda bitən həftədə bir əvvəlki həftəyə görə 14 min adam artaraq 249 minə çatdı.

İşsizlik müavinəti müraciətləri üçün bazar gözləntisi, müraciət sayının 236 min olacağı idi.

İşsizlik müavinəti müraciətlərinin sayı ilə əlaqədar əvvəlki həftəyə aid məlumatlarda 235 min olaraq qeyd edildi.

Keçən həftə etibarilə 4 həftəlik işsizlik müavinəti müraciətlərinin sayı ortalama 2500 artaraq 238 minə yüksəldi.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı 20 İyulla bitən həftədə 33 min adam azalaraq 1 milyon 877 minə çatdı.

Analitiklər, digər əsas göstəricilərlə birlikdə işsizlik müavinəti müraciətlərindəki artımın əmək bazarında yumşalmanın davam etdiyini göstərdiyini və bunun ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayında siyasət faizini azalda biləcəyi gözləntilərini gücləndirdiyini bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə