Fərid Mustafayev: “Seçkilərin iki ay önə çəkilməsi ilə bağlı verilmiş qərar özünü tamamilə doğruldur”
Tarix: 01-08-2024 | Saat: 11:53
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“Artıq cəmi bir aydan sonra xalqımız daha bir möhtəşəm ilkə imza atacaq. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sentyabrın 1-də ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Bu tarixi hadisənin unikallığı da ondan ibarətdir ki, Azərbaycan öz dövlət müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra ilk dəfə olaraq Parlament seçkiləri ilk dəfə olaraq ölkənin istisnasız bütün suveren ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda keçiriləcək. Biz hamımız bu ilin fevral ayında keçirilmiş Prezident seçkilərində yaşadığımız sevinc və qürur hissini yaxşı xatırlayırıq. Və budur həmin tarixi hadisədən cəmi yarım il sonra xalqımız bu möhtəşəm hissləri yenidən yaşamaq imkanı əldə edir. Növbədənkənar Parlament seçkiləri artıq öz dədə-baba yurdlarında səs verəcək keçmiş köçkün vətəndaşlarımız üçün ikiqat önəm kəsb edəcək. Çünki bu seçkilərdə onları səsvermə hüquqlarının bərpa olunması reallığı bir daha öz təsdiqini tapacaq. Əlbəttə ki, bütün bunlar Azərbaycan xalqının böyük ruh yüksəkliyi ilə hazırlaşdığı seçkilərlə bağlı yaşananların mənəvi aspektləridir. Digər tərəfdən isə, sentyabrın 1-də keçiriləcək növbədənkənar Parlament seçkiləri milli maraqlarımız baxımından müstəsna siyasi əhəmiyyət kəsb edəcək bir hadisədir. Bu gün ölkədə müasir dövrün tələblərinə uyğun, artıq bütün dünyada getdikcə daha intensiv şəkildə səsləndirilən müxtəlif çağırışlara cavab verə biləcək yeni parlamentin formalaşdırılmasının tam zamanıdır və növbədənkənar seçkilərin təyin edilməsində əsas məqsəd də məhz bu hədəfə nail olmaqdır.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev səsləndirib.
Hakim partiya təmsilçisi bildirib ki, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsindəki parlaq Qələbəsi, eləcə də keçən ilin sentyabr ayında özünün ərazi bütövlüyünün və tam suverenliyinin bərpası ilə ölkəmizdə formalaşmış yeni reallıqlar fonunda yeni Parlamentin formalaşdırılması da artıq bir tarixi zərurətə çevrilib. Bu məqsədlə məhz növbədənkənar seçkilərin təyin edilməsi isə bir çox obyektiv və subyektiv səbəblərə əsaslanan müdrik siyasi qərardır: “İlk növbədə bunu birmənalı olaraq qeyd etmək lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsi dünyanın bütün sivil ölkələrində tətbiq edilən və normal qəbul olunan bir təcrübədir. Ölkəmizin Konstitusiyası və Azərbaycan Prezidentinin qanuni səlahiyyətləri belə bir qərarın qəbul edilməsinə imkan verir. İkinci bir tərəfdən isə, seçkilərin növbədənkənar keçirilməsi bu gün ölkəmizin milli mənafelərinə tam uyğundur. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi hər bir qərar dövlətin və xalqın yalnız bugünkü maraqlarına deyi, həmçinin gələcək rifahına dəqiq hesablanır. O cümlədən 2020-ci ilin fevral ayında keçirilmiş növbədənkənar Parlament seçkilərindən cəmi 7 ay sonra ölkəmizin öz tarixində ən parlaq qələbəyə imza atması və bununla da torpaqlarının 30 il davam edən işğalına son qoyması faktı dövlət başçımızın siyasi müdrikliyinin və uzaqgörənliyinin daha bir bariz nümayişi oldu. Bu gün isə, məhz elə həmin tarixi hadisələrin məntiqi davamı olaraq, Azərbaycan xalqının qarşısında yeni və son dərəcə ciddi hədəflər durur. Növbədənkənar Parlament seçkilərinin keçirilməsi barədə qəbul edilmiş qərar da bu hədəflərə qısa müddət ərzində çatmaq üçün vaxtında və düzgün istiqamətdə atılmış addımdır. Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə bütün dünya bunun şahidi olacaq.”
Daha sonra F.Mustafayev fikirlərini davam etdirərək belə bir vacib məqamı da diqqət mərkəzinə gətirib ki, növbədənkənar seçkilərin keçirilməsi barədə qəbul edilmiş qərar ölkəmiz üçün son dərəcə önəmli olan bu siyasi hadisənin bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ilə eyni vaxta düşməməsini təmin etmək baxımından da özünü tam olaraq doğruldur: “Məlum olduğu kimi, Azərbaycan Konstitusiyasına görə Parlament seçkiləri noyabr ayının ilk həftəsində keçirilməli idi. Digər tərəfdən isə ölkəmizin bu il ev sahibliyi edəcəyi COP29-un da keçirilmə vaxtı 11-22 noyabr tarixlərinə müəyyən edilib. Əlbəttə ki, Konfrans çərçivəsində ölkəmizə 80 min nəfərə yaxın qonağın gələcəyini nəzərə alsaq, dünyanın ən böyük və nüfuzlu tədbiri ilə ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edəcək Parlament seçkilərinin eyni vaxta salınmasının qətiyyən məqsədəuyğun olmadığını aydın görə bilərik. Beləliklə, seçkilərin iki ay önə çəkilməsi ilə bağlı verilmiş qərar bu baxımdan da kifayət qədər düşünülmüşdür və özünü tamamilə doğruldur” – deyə, Fərid Mustafayev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024
23:23 COP29-un nailiyyətləri