Beyləqan məktəbliləri təlimi uğurla başa vurublar – FOTOLAR
Tarix: 31-07-2024 | Saat: 12:18
Bölmə:Təhsil | çapa göndər
13 iyun 2024-cü il tarixində Beyləqan rayon məktəbliləri arasında robototexnika, kodlaşdırma, süni intellekt və digər mövzuların tədrisi ilə bağlı təlimin sonuncu günü baş tutub.
aia.az xəbər verir ki, bu təlimə qədər şagirdlər 4 təlimdə iştirak ediblər. Onlar süni intellekt, tətbiqi və dizayn proqramlarında ilkin işləmək bacarığı əldə etdilər və kodlaşdırma ilə bağlı bir sıra praktiki bilgilərə yiyələndilər. Ümumilikdə 5 təlimdə 30 məktəbli iştirak edib. Sonuncu təlim günündə isə indiyə qədər öyrəndiyi biliklərin qrup işləri vasitəsilə nümayişi baş tutub.
Şagirdlər qruplara bölündülər və verilən tapşırıqları yerinə yetirərək təqdimat ediblər. İnteraktiv şəkildə keçən sonuncu təlim günündə uğurla iştirak etmiş şagirdlər sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, layihə çərçivəsində 90 nəfər şagird arasında informatika fənn müsabiqəsi təşkil edilib. Oradan ilk 30-luğa düşən şagirdlər təlimlərə dəvət olunub. Rəqəmsal bacarıqlar üzrə iştirak edən şagirdlərin nəticəsi isə ayrıca yoxlanılmış və qaliblər barədə yaxın günlərdə elan veriləcək.
Bu təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsində qalib olmuş və “Mil” sosial və iqtisadi sahələrdə maarifləndirmə ictimai birliyi tərəfindən icra olunan “Region məktəbliləri üçün robot texnikası məktəbi” layihəsi çərçivəsində təşkil edilib.
Layihənin əsas məqsədi ölkəmizin XXI əsr bacarıqlarına malik olan gələcəyinin qurulmasına töhfə verməkdən ibarətdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024