Mobil versiya
Gürcüstanın baş naziri Rusiyaya qarşı ikinci cəbhənin açılması şərtini qoyub
Tarix: 30-07-2024 | Saat: 19:08
Bölmə:Özəl | çapa göndər

Gürcüstanın baş naziri Rusiyaya qarşı ikinci cəbhənin açılması şərtini qoyub

Baş nazir İrakli Kobaxidze bildirib ki, keçmiş prezident Mixail Saakaşvilinin “Milli Hərəkat” partiyası parlament seçkilərində qalib gələcəyi təqdirdə Rusiyaya qarşı ikinci cəbhə açacaq. Bu barədə RİA Novosti Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir.

Kobaxidzenin fikrincə, Saakaşvilinin partiyasının qələbəsi Gürcüstanı avrointeqrasiya baxımından geri atacaq və bir həftədən sonra ölkədə “ikinci cəbhə açılacaq”. Eyni zamanda, siyasətçi Gürcüstanın “ukraynalaşmasına” imkan verməyəcəyini də əlavə edib.“Nəzəri olaraq, Milli Hərəkatın geri dönməsinə icazə versək, Avropaya inteqrasiya və hər şeydən geridə qalacağıq. Zəmanət verirəm ki, əgər belə bir nəzəri ssenari təsəvvür oluna bilsəydi, onların burada ikinci cəbhə açması bir həftə çəkməzdi”.
Kobaxidze bir qədər əvvəl bildirib ki, Ukraynadakı münaqişə səbəbindən Gürcüstanda terror aktları başlaya bilər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025