Mobil versiya
Gülər Sultanzadə: “Qərbi Azərbaycandan olan soydaşlarımız öz tarixi yurd-yuvalarına qayıdacaqlar”
Tarix: 29-07-2024 | Saat: 17:34
Bölmə:Gündəm / Özəl | çapa göndər

Gülər Sultanzadə: “Qərbi Azərbaycandan olan soydaşlarımız öz tarixi yurd-yuvalarına qayıdacaqlar”

“Bu günə qədər aparılmış bütün ciddi tarixi tədqiqatlar birmənalı olaraq təsdiq edir ki, indiki Ermənistanın ərazisi qədim türk torpaqlarıdır. İki əsr bundan əvvəl İrəvan xanlığı işğal edildikdən sonra Çar Rusiyası ilə İran arasında 1828-ci ildə imzalanan “Türkmənçay sülh müqaviləsi”nə əsasən İran və Osmanlı ərazisindən minlərlə erməni ailəsi İrəvan, Qarabağ, Naxçıvan, Borçalı ərazilərində güzəştli şərtlərlə məskunlaşdırıldı. Çar Rusiyasının bu köçürmə siyasətinin məqsədi Osmanlı ilə Azərbaycan arasında ilkin olaraq bufer zonası yaratmaq və sonradan bu zonanın ərazisini daha da genişləndirmək idi. Gülüstan və Türkmənçay sülh müqavilələrinin davamı kimi Qafqazda azərbaycanlılara qarşı aparılan məqsədyönlü soyqırımı siyasəti xalqımızın tarixində silinməz ağır izlər qoydu. Lakin bu, Qərbi Azərbaycan torpaqlarının bütöv Azərbaycanın bir parçası pıması faktını heç cür dəyişə bilmədi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib.

Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Azərbaycan türklərinə qarşı törədilmiş 1905-1907-ci illər soyqırımı, 1918-ci il Bakı soyqırımı, 1930-cu illərdə ermənilərin xalqımıza qarşı repressiyalarda fəal iştirakı bu etnosun türk millətinə qarşı açıq şəkildə qəzəbini və nifrətini əks etdirir: “Bütün soyqırımı aktlarının gedişində erməni vəhşiləri mülki insanlara, günahsız qadın, qoca və uşaqlara olmazın divan tuturdular. 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından 150 mindən artıq soydaşımız deportasiya edildi. Bununla erməni şovinistləri monoetnik Ermənistan ideyasını gerçəkləşdirməyə başladılar. 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsindən sonra ermənilər fəallaşaraq 1987-1991-ci illərdə SSRİ hökumətinin və kommunist partiyasının himayəsi altında Qərbi Azərbaycandan soydaşlarımızın kütləvi deportasiyasını təşkil etdilər. Bu növbəti tarixi ədalətsizlik SSRİ dönəmində Azərbaycan xalqına qarşı yeridilən düşmənçilik siyasətinin son akkordu oldu. Lakin sonrakı tarixi dövrlərdə də bu ədalətsizliyə hüquqi qiymət verilmədi. Yalnız Ulu Öndər Heydər Əliyev bu tarixi ədalətsizliyə siyasi qiymət vermişdir. Bu hadisələrlə bağlı Ümummilli Liderimiz 1997-ci il dekabrın 18-də “1948–1953-cü illərdə azərbaycanlıların kütləvi şəkildə Ermənistan ərazilərindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında”, 1998-ci ilin mart ayının 26-da “Azərbaycanlıların soyqırımı” və 2001-ci il avqust ayının 22-də “Erməni millətçilərinin apardığı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərmanlar imzalamışdır.”

Daha sonra G.Sultanzadə Prezident İlham Əıiyevin bu gün həyata keçirdiyi siyasətin Qərbi Azərbaycandan olan soydaşlarımızın gec-tez öz tarixi yurd-yuvalarına qayıdışı ilə nəticələnəcəyindən əmin olduğunu bildirib: “Qarabağın erməni işğalçılarından azad edilməsi, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılması Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətini təşkil edirdi. Bununla bağlı Ümummilli Lider öz çıxışlarının birində demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm”. Ata nəsihətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun şücaəti hesabına 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Artıq Azərbaycan xalqı öz əzəli-əbədi torpaqlarına sahibdir. 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən 30 il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Qarabağın azad edilməsi ilə Azərbaycanın xarici və daxili siyasətində yeni prioritetlər meydana çıxdı. Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzuru azad etməklə, artıq soydaşlarımızın bütün tarixi ata-baba torpaqlarına qayıdışını təmin etmək üçün yol açdı. Bu vacib məsələdə 2022-ci il 3 avqust tarixində Qaçqınlar Cəmiyyətinin bazasında yaradılan Qərbi Azərbaycan İcması birbaşa Ermənistan ərazilərindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyini təmin etməkdə çox fəallıq göstərən mərkəzə çevrilmişdir. 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə cənab Prezident İlham Əliyev demişdir: “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər, tarixi faktlar, tarixi xəritələr və tariximizin özü təsdiqləyir”. Dövlət başçımız qeyd etdi ki, bunu deməyə əsas verən bir çox amillər var, xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Heç kim şübhə etməsin ki, Azərbaycan dövləti qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışını gec-tez təmin edəcəkdir” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə