Mobil versiya
BDU-nun 966 bakalavr və magistri yay semestri dərslərində iştirak edir
Tarix: 29-07-2024 | Saat: 11:48
Bölmə:Təhsil | çapa göndər

BDU-nun 966 bakalavr və magistri yay semestri dərslərində iştirak edir

Bakı Dövlət Universitetində (BDU) Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən, yay semestri təşkil olunub.
Yay semestri 2023/2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınaraq təşkil edilir.
İyulun 26-dan başlayan yay semestri üzrə dərslərin 5 həftə ərzində keçirilməsi nəzərdə tutulub. Ümumilikdə yay semestri dərslərində 150-dən artıq fənn üzrə 950 bakalavr və 16 magistr iştirak edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə